Hadı Rəcəbli: “Əlillərlə bağlı qanunvericilikdə dəyişiklik gözlənilmir”
Mətbuatda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcəyi barədə məlumatlar dərc olunmaqdadır. Məlumatda qeyd edilir ki, bu sahədə köklü dəyişikliklər və islahatlar aparılacaq. Hazırlanacaq yeni layihəyə əsasən fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək.
19 Oktyabr 2017 13:02 SosialMətbuatda əlillərlə bağlı qanunvericilikdə ciddi dəyişikliklər ediləcəyi barədə məlumatlar dərc olunmaqdadır. Məlumatda qeyd edilir ki, bu sahədə köklü dəyişikliklər və islahatlar aparılacaq. Hazırlanacaq yeni layihəyə əsasən fiziki qüsurlu əlillərə sosial durumlarına görə müavinət veriləcək. Sosial durumu yaxşı olmayan əlillərə daha çox müavinət ödəniləcək. Sosial durumu yaxşı olan fiziki qüsurlu əlillərə isə müavinət verilməyəcək. Millət vəkili, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, ümumiyyətlə parlamentin gündəliyində belə bir məsələ yoxdur və gələcəkdə də gözlənilmir: "Azərbaycanda sosial siyasət davamlı olaraq insanların rifah halının yüksəldilməsinə xidmət edir. Bu mənada əlillərə hər zaman dövlət qayğısı xüsusilə gücləndirilir və gələcəkdə də bu siyasət davam etdiriləcək. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bizim prioritet əlillərin sosial müdafiəsinin daha da gücləndirilməsidir". Yayılan məlumatların tam yanlış olduğunu deyən Hadi Rəcəbli bu xəbəri təkzib edib.