“Geostorm”  təqdim olundu

Park Cinema kinoteatrının Azercell IMAX zalında “Geostorm” filminin eksklüziv nümayişi baş tutdu. Olaylar bildirir ki, filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara canlandırıblar. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilib. Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.

Park Cinema kinoteatrının Azercell IMAX zalında "Geostorm" filminin eksklüziv nümayişi baş tutdu. Olaylar bildirir ki, filmdə baş rolları Cerard Batler, Cim Störcess, Ebbi Korniş və Aleksandra Mariya Lara canlandırıblar. Filmin çəkilişlərinin son mərhələlərində prodüsser qismində Cerri Brukhaymer cəlb olunduqdan sonra filmin bir çox səhnələri yenidən çəkilib. Bəzi səhnələr isə hətta Luziana ştatında, Yeni Orleanda NASA-nın mərkəzində lentə alınıb.
Maraqlı faktlardan biri isə odur ki, layihə ilə öncədən Paramount Pictures məşğul olmuşdur, daha sonra isə bu iş Warner Bros həvalə olunub.
Qeyd edək ki, film Park Cinema kinoteatrlar şəbəkəsinin geniş ekranlarında 20 oktyabr tarixindən etibarən nümayiş olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31