“O, öləndə 24 saat otağımdan çıxmadan ağladım” - İvanka Tramp

Amerika liderinin qızı İvanka Tramp yeniyetməlik dövrünə aid maraqlı etiraf edib. Xatirələrini bölüşən xanım Tramp 90-cı illərdə rok həvəskarı olduğunu, hətta bir dəfə saçını göy rəngə boyadığını deyib. O, göy saçlarını görəndə anasının hirsləndiyini, yenidən əvvəlki rənginə boyatdırdığından söz açıb.

İvankanın sözlərinə görə, "Nirvana" onun sevimli qrupu idi və solisti Kurt Kobeyn öləndə saatlarla ağlayıb: "Mən şokda idim. 24 saat otağımdan çıxmayaraq ağladım. Anam məni güclə otaqdan çıxarıb şam yeməyinə apardı". Qafqazinfo.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31