İspaniya Kataloniyanın muxtariyyətini dayandırır
İspaniya hökuməti Kataloniya vilayətinin muxtariyyət statusunun dayandırılmasını bəyan edib. Məlumata görə, mərkəzi hakimiyyət Kataloniyada özünüidarə sisteminin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiyanın 155-ci maddəsinin tətbiqi üçün prosedura başlayacaq.
19 Oktyabr 2017 13:41 Dünyaİspaniya hökuməti Kataloniya vilayətinin muxtariyyət statusunun dayandırılmasını bəyan edib. Məlumata görə, mərkəzi hakimiyyət Kataloniyada özünüidarə sisteminin məhdudlaşdırılmasını nəzərdə tutan Konstitusiyanın 155-ci maddəsinin tətbiqi üçün prosedura başlayacaq. Məsələ ilə bağlı İspaniya Nazirlər Şurasının şənbə günü təcili iclası keçiriləcək.
Qeyd edək ki, bir qədər əvvəl Kataloniya muxtar vilayətinin lideri Karles Puçdemon İspaniyanın Baş naziri Mariano Raxoya növbəti məktub göndərərək İspaniya hökumətinin görüşdən imtina edəcəyi təqdirdə, Kataloniyanın müstəqilliyini elan edəcəklərini bildirib.
Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.