Messidən qəribə hərəkət: corabından çıxardı…

“Barselona” klubunun ulduzu Lionel Messi 100-cü qolunu atdığı matçda qolundan daha çox etdiyi hərəkətlə gündəm olub. Dünən “Olimpiakos” komandasını qonaq edən “Barselona” rəqibini 3-1 hesabı ilə məğlub edib. Tarixi matçda 100-cü qolunu atan L.Messi corabından bir şey çıxararaq ağzına qoyub və çeynəməyə başlayıb. Ulduzun bu hərəkəti kameralardan yayınmayıb. Bu barədə xəbər yazan Kataloniya mediası Messinin hərəkətinə aydınlıq gətirərək onun dərman olduğunu bildirib.

"Barselona" klubunun ulduzu Lionel Messi 100-cü qolunu atdığı matçda qolundan daha çox etdiyi hərəkətlə gündəm olub. Dünən "Olimpiakos" komandasını qonaq edən "Barselona" rəqibini 3-1 hesabı ilə məğlub edib. Tarixi matçda 100-cü qolunu atan L.Messi corabından bir şey çıxararaq ağzına qoyub və çeynəməyə başlayıb. Ulduzun bu hərəkəti kameralardan yayınmayıb. Bu barədə xəbər yazan Kataloniya mediası Messinin hərəkətinə aydınlıq gətirərək onun dərman olduğunu bildirib.

L.Messi matç öncəsi və sonra ürəkbulanmasını basdırmaq üçün qlükoza tabletindən istifadə edir. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31