Müxalifət lideri hakimiyyətə təklfilər verdi

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hakimiyyətə bir sıra təkliflər ünvanlayıb. “OLAYLAR”-ın xəbərinə görə, VİP sədri İspaniya və Kataloniya rəsmiləri arasında vasitəçilik və Brüsselin passiv vasitəçiliyinin əvəzinə Bakını təmas məkanı kimi təklif edib. Bundan başqa partiya sədri İspaniyada baş verən hadisələr işığında separatizm mövzusunda Bakıda beynəlxalq konfransın təşkil olunması təklifi ilə çıxış edib.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hakimiyyətə bir sıra təkliflər ünvanlayıb. "OLAYLAR"-ın xəbərinə görə, VİP sədri İspaniya və Kataloniya rəsmiləri arasında vasitəçilik və Brüsselin passiv vasitəçiliyinin əvəzinə Bakını təmas məkanı kimi təklif edib. Bundan başqa partiya sədri İspaniyada baş verən hadisələr işığında separatizm mövzusunda Bakıda beynəlxalq konfransın təşkil olunması təklifi ilə çıxış edib. Əli Əliyev deyib ki, dünya güclərinin İspaniya mərkəzi hakimiyyətinə verdiyi dəstək tendensiyasını Qarabağ mövzusunda xeyrimizə işlətməyin, beynəlxalq səviyyədə işğal olunmuş ərazilərimizin gündəmə gətirilməsi baxımından bu işdə fayda görürəm. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31