Ədliyyə Nazirliyi yeni müsabiqə elan edib

Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib. Məhkəmə ekspertizası mərkəzinin Müsabiqə Komissiyasından “Olaylar”a bildirilib ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, yol hərəkətinin təşkili, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir. Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.

Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinə qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan edilib. Məhkəmə ekspertizası mərkəzinin Müsabiqə Komissiyasından "Olaylar"a bildirilib ki, vakant ştat vahidləri Məhkəmə ekspertizası mərkəzində əsasən filologiya (Azərbaycan dili və ədəbiyyatı), fizika, kimya, inşaat mühəndisliyi, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi, yol hərəkətinin təşkili, eləcə də Mərkəzin Şirvan regional bölməsində kimya ixtisası üzrədir. Ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı qanunvericiliyin tələblərinə cavab verən həmin ixtisaslar üzrə ali təhsilə malik Azərbaycan Respublikasının vətəndaşları müsabiqəyə dəvət olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31