Azərbaycan sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir

“Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkə olaraq sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir. Bu faktorun göstəricisi kimi ölkəmizdə ötən il “Multikulturaliz ili”, bu il isə “İslam həmrəyliyi ili” elan olunub”.

"Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşən ölkə olaraq sivilizasiyalar arasında dialoqun inkişafına böyük töhfələr verir. Bu faktorun göstəricisi kimi ölkəmizdə ötən il "Multikulturaliz ili", bu il isə "İslam həmrəyliyi ili" elan olunub". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva səsləndirib. O, bildirib ki, hazırda "İslam həmrəyliyi ili" çərçivəsində tədbirlər uğurla davam edir.Onun sözlərinə görə, ölkəmizin bu sahədə təşəbbüsləri müsəlman dünyası tərəfindən təqdir olunur. Bu isə onu göstərir ki, Azərbaycan İslam həmrəyliyinin ideya mərkəzinə çevrilir: "Azərbaycanın müsəlman dövlətləri ilə fəal əməkdaşlıq münasibətləri var. Bu siyasət müsəlman ölkələri arasında birliyin gücləndirilməsini, əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edir. Azərbaycanın tarixi və mədəniyyəti Yaxın və Orta Şərq ölkələrində, o cümlədən müsəlman dünyasında gedən proseslərlə sıx bağlı olub. Bu gün demokratik dünyaya inteqrasiya etmiş Azərbaycan yeni sistemə məhz tarixən formalaşmış bu cür mənəvi dəyərlərlə daxil olub. Ona görə də, hazırki münasibətlər də tarixi köklərə əsasanır. Təbii ki, bu siyasət ölkəmizə uğurlar qazandırır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31