İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb  

İspaniya Krallığının Səfirliyinin müvəqqətii şlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb.

İspaniya Krallığının Səfirliyinin müvəqqətii şlər vəkili İqnasiyo Sançez Taboada Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşüb. "OLAYLAR" -a Konfederasiyanın mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan və İspaniya arasındakı iqtisadi əlaqələr, özəl sektorun hazırkı vəziyyəti, investisiya imkanları, əməkdaşlığın genişləndirilməsi, şirkətlərin inkişaf perspektivləri və s. kimi məsələlər müzakirə edilib. Son illər Azərbaycanda qeyri neft sektorunda canlanma müşahidə edildiyi qeyd olunub, bu zəmində hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanlarının faydalı olacağı da istisna edilməyib. Azərbaycan ilə İspaniya arasında iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edən ASK-nın prezidenti Məmməd Musayev bildirib ki, İspaniya Səfirliyi iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətində mövcud potensialdan səmərəli istifadə edərsə, Azərbaycan Sahibkarlar Konfederasiyası da bu misiyanın həyata keçirilməsində xüsusi töhfə verə bilər. Qonağa Azərbaycan Sahibkarlar Konfederasiyası ilə daha yaxından əməkdaşlıq təklif edilib. Görüşdə ölkəmizdə son illər qeyri neft sektorunun, emal sənayesi, turizm, aqrar sahənin inkişafına xüsusi diqqət yetirildiyi, pambıq,tütün, fındıq, çay və s. kimi kənd təsərrüfatı məhsullarının ixrac qabiliyyətli olduğu qonağın diqqətinə çatdırılıb. Ölkəmizdə özəl sektorun inkişafı, ikitərəfli əməkdaşlıq, investisiya imkanları ilə bağlı daha əlverişli mühit yarandığı, bu sahədə daha yaxşı nəticələr əldə etmək üçün geniş potensialın mövcud olduğu qeyd edilib. Azərbaycan-İspaniya sahibkarları arasında gələcəkdə müxtəlif biznes forumların təşkil edilməsi ilə bağlı müzakirələr də diplomatın marağına səbəb olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31