Gündəm
Şəkidə kürsülü villa külə dönüb
Şəki rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Baş Göynük kəndində ümumi sahəsi 650 m2 olan birmərtəbəli kürsülü binanın yanar konstruksiyaları 380 m2 sahədə yanıb. Yaxınlıqdakı məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Umayra Tağıyeva: "Bakıda qışda havanın temperaturunun 0 dərəcədən aşağı düşdüyü günlərin sayı azalıb"
Son onilliklərdə Bakı və Abşeron yarımadasında qış fəslində havanın orta minium temperaturunda dəyişikliklər baş verib. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun “İqlimşünaslıq və aqroiqlimşünaslıq” şöbəsinin aparıcı elmi işçisi Umayra Tağıyeva deyib.
Avtomobildə sıxılmış vəziyətdə qalmış şəxs xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Günəşli kəndi ərazisində “Shacman” və “Mercedes” markalı yük avtomobiliəri toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər “Shacman” markalı yük avtomobilində xəsarət almış 1 nəfəri çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
FETÖ –nün Azərbaycandakı kod adı həbs edildi
Azərbaycanda FETÖ terror qrupunun önəmli isimlərindən biri kimi tanınan Faruk Yıldız Türkiyədə saxlanıldı. Olaylar bildirir ki, Yıldız Ankara Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hava limanında saxlanılaraq, Ankara Ədliyyəsinə gətirilib. İstintaqı icra edən Respublika prokuroruna ifadə verən Ulduzlar həbs tələbi ilə Sentencing Ceza Məhkəməsinə göndərildi.
Siyasi riyakarlıq Serj Sarkisyanın qanına hopub
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrə görüşündən hansısa müsbət nəticə gözləyənlərin ehtimalı puça çıxdı. Daha doğrusu Ermənistan prezidenti Serj Sarkisyan bütün razılaşmanın ziddinə olaraq sərsəm bəyənatı ilə danışıqlar prosesini pozmaqda davam etdiyini sübut etdi. Siyasi analitiklər hesab edirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayaq nöqtəsindən tərpənməsi üçün yaxşı imkan ola bilərdi. Çünki, sözügedən görüş həm münaqişə, həm də vasitəçilər tərəfindən razılaşdırıldığından ali səviyyəli bir görüş idi.
"Rusiya Ermənistana ona görə silah verir ki, onu nəzarəti altında saxlasın"
"Ermənistan müstəqil ölkə deyil ki, müstəqil siyasət yürütsün. Ermənistan Rusiyanın planlarını Cənubi Qafqazda reallaşdırmaq üçün son vasitədir". Bu sözləri millət vəkili Azər Badamov deyib.
İşğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşmanın yeni variantı
Ermənistan bir tərəfdən məcbur da olsa danışıqlar masasına oturldulduğu halda, digər tərəfdən öz ənənəvi siyasətinə sadiq qalaraq təxibatlarını davam etdirir. Əgər əvvəllər erməni təxribatları bir qayda olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüş və danışıqlarından ya əvvəl, ya da ondan sonra müşahidə edilirdisə, indi artıq hayların təxribatları bütün ilböyü özünü göstərir.
Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Bakıda
Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Mədəniyyət və İncəsənət Universitetində olublar. Qonaqları ilk olaraq Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Olaylar bildirir ki, Görüşdə rektor Universitetin Kino və televiziya, Aktyor sənəti fakültələri, SABAH Mərkəzi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib.
Zaur ikinci dəfə ərə gedən Sevdanın keçmişini açıb-tökdü: O qədər başına pul tökmüşəm ki... -
Ötən gün "5/5" verilişində Zaurun qonaqlarından biri Sevda Sanaliyeva olub. Rəqqasəlikdən müğənniliyə keçən Sevda Zaurun gözlənilməz ifadələri ilə qarşılaşıb. Aparıcının "Rəqsi niyə atdın? Yaraşırdı, boyun, buxunun. O qədər başına pul tökmüşəm, yadındadır?" sözlərinə müğənni təəccüblü şəkildə "Yorulmursunuz o sualı verməkdən? Pul? Ay yalansa... Ola bilər, bir az (gülür)" cavabını verib.
Çin siyasi linqvistikasına dair seminar
Oktyabrın 19-da Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çində müasir siyasi linqvistikanın əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. Olaylar bildirir ki, açılış nitqi ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov müasir linqvokonseptologiyanın əsas istiqamətləri və Çin Xalq Respublikasının sədri Si Tsinpinin siyasi dilinin tarixi-mədəni xüsusiyyətləri barədə danışıb.
Avtomobillə azyaşlını vurub qaçdı
Salyan şəhəri ərazisində azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oktyabrın 18-də saat 21 radələrində Salyan şəhəri ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini - azyaşlı Ayxan Əhmədov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb. Salyan RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Bakıda qaçırılan avtomobil Gəncədə tapılıb
Yasamal rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə Mirhüseyn Mirxasov tutulub. Onun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il aprelin 18-də Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib. Avtomobil oktyabrın 8-də Gəncə şəhəri ərazisində tapılıb.
Seyf oğrusu 19 ildən sonar ələ keçdi
Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin törətdiyi digər oğurluq hadisəsi də müəyyən edilib. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2008-ci il oktyabrın 9-da rayon ərazisindəki müəssisələrin birindən 150.000 manat, 10.000 ABŞ dollar və sənəd olan seyfi oğurlaması da müəyyən edilib.
Avtomobil oğrusu sükan arxasında saxlandı
Oktyabrın 18-də saat 2 radələrində Xətai rayonunun Nobel prospektindən Bakı şəhər sakini Mirsadiq Vahabova məxsus “VAZ-2104” markalı avtomobil qaçırılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən qeyd edilən nəqliyyat vasitəsinin həmin gün saat 6 radələrində Nərimanov rayonu S.Vurğun küçəsində hərəkətdə olması aşkar edilib.
Xarici şirkətlər vətəndaşların əmək hüquqlarını pozur
Son vaxtlar müşahidə edilən mənfi tendensiyalardan biri də vətəndaşların əmək hüquqlarının pozulmasıdır. Özü də bu mənfi hal daha çox ölkə ərazisində fəaliyyət göstərən xarici şirkət və firmalarda özünü büruzə verir. Dəfələrlə bu istiqamətdə ciddi tədbirlər görülsə, hətta adrministrativ metodlarla sözügedən problemin qarşısının alınması istiqamətində addımlar atılsa da, lakin hələ də belə mənfi hallar yaşanmaqdadır.






.jpg)







