İşğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşmanın yeni variantı

Ermənistan bir tərəfdən məcbur da olsa danışıqlar masasına oturldulduğu halda, digər tərəfdən öz ənənəvi siyasətinə sadiq qalaraq təxibatlarını davam etdirir. Əgər əvvəllər erməni təxribatları bir qayda olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüş və danışıqlarından ya əvvəl, ya da ondan sonra müşahidə edilirdisə, indi artıq hayların təxribatları bütün ilböyü özünü göstərir.

Yaxud Cəbrayılda kilsə adı ilə ucaldılan döyüş istehkamı

Ermənistan bir tərəfdən məcbur da olsa danışıqlar masasına oturldulduğu halda, digər tərəfdən öz ənənəvi siyasətinə sadiq qalaraq təxibatlarını davam etdirir. Əgər əvvəllər erməni təxribatları bir qayda olaraq Azərbaycan və Ermənistan prezidentlərinin görüş və danışıqlarından ya əvvəl, ya da ondan sonra müşahidə edilirdisə, indi artıq hayların təxribatları bütün ilböyü özünü göstərir. Bir sözlə ermənilər bütün mümkün təxribat vasitələrindən istifadə edərək cəbhədə gərginliyi artırmağa çalışırlar. Gah işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma həyata keçirir, gah ərazilərimizi yandırır, gah da tarixi-dini abidələrimiz, ibadət məkanlarımızı dağıdır, ondar hərbi kazarma, yaxud axur kimi istifadə edir və ya işğal altında olan ərazilərimizdə özlərinə Allaha ibadət etmək üçün kilsə inşa edir, onun təntənəli açılış mərasimini gerçəkləşdirirlər. Bu günlərdə ermənilər bu istiqamətdə növbəti təxribatlarını həyata keçirdilər və işğal altında olan Cəbrayıl rayonunda kilsə açılışı etdilər. Bununla işğalçı ölkə bir daha Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə maraqlı olmadığını ortaya qoydu və sübuta yetirdi ki, onun missiyası sülh prosesinə zərbə vurmaqdır. Və Cəbrayıl rayonunda kilsə açılışı həm də o anlamı daşıyırdı ki, Ermənistan bundan sonra da işğal altında olan ərazilərimizdə qeyri-qanuni məskunlaşmanı davam etdirəcək və danışıqlar yolu ilə Azərbaycan ərazilərini işğaldan azad etməyəcək.

Dağlıq Qarabağ ətrafında gedən proseslər və ermənilərin işğal altında olan Cəbrayıl rayonunda kilsə inşa etməsinə münasibətini açıqlayan millət vəkili Zahid Oruc qeyd edib ki, Azərbaycan torpağında açılışına xeyir-duası verilən Cəbrayıl kilsəsi üzərinə hansı işarənin vurulmasına baxmayaraq,hərbi kazarmalardan heç nəylə fərqlənmir. Onun sözlərinə görə. döyüş mövqeyi quran və hər gün daşdan-ağacdan özünə sığınacaq düzəldən hərbçilərin gördüyü işlə, dindən səngər qazanların, qala düzəldənlərin heç bir fərqi yoxdur: "Gətirib orada Dağlıq Qarabağ ordusunun yüksək rütbəli adamını, general-mayor Vardan Balayanı və onun əskərlərini and içdirirlər ki, müqəddəs xaçı hər yerdə yaysınlar. Məqsəd xristianlığın arealını genişləndirməkdən daha çox, Şərin-erməni dövlətinin qəsbkarlıq siyasətinəin coğrafiyasını genişləndirməkdir. Yoxsa, ötən illərdə niyə bunu etmirdilər?". Zahid Oruc bildirib ki, Azərbaycan kiçik bir yuvada. Cocuq-Mərcanlıda Şuşanın Gövhər Ağa Məscidinin oxşarını yaratdı, ocağından uzaq düşən yüz minlərlə adama 30 ildir əsarətdə olan dini qibləgahlarının birinin əvəzini qaytardı: "Düşmənə onun nə təhlükəsi ola bilərdi ki? Yox, Eçmiədzinin hesablamaları tamam başqadır. Birdən bütöv bir xalq geri dönüşə əmin olar, məscidin hücrəsindən yapışıb Xanın kəndinə doğru yol alar. Bunu görən Kilsə hərəkətə keçərək, Cəbrayılda özünə döyüş istehkamı ucaltmağa qərar verdi. Buna deyərlər, Allah evlərini döyüşdürmək. Ən başlıcası, İsa nümunəsini heç zaman unutmamaqdır. Onu başa düşməyənlərə, nifrət edənlərə və üzərində cəza səhnələri quraraq, öldürməyi tələb edən əskərlərə ən sonda qalib gəldi. Çünki Məryəm oğlu özünü qurban verərkən, insanlığı xilas etmək istəyirdi. İndi bir özgə çarmıxdan keçən müqəddəs Məhhəmmədin ümməti də bir gün kolonnalara düzülən və döyüşçü-kapellanlar yetirişdirən kilsələri həqiqi Tanrı evlərinə çevirəcək". 
Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, indiki dünyada heç bir dini inanca mənsub olmayanların kilsə xadimlərini Allahın buyurduqlarına əməl etməyə çağırması təəccüblü deyil: "Yaşadığımız zamanın paradoksu bundadır.Yoxsa, 2-ci Qareginə nə məcbur olmuşdu ki, Rusiya paytaxtında ölkəsinin vətənpərvəri və qatı diplomatı kimi Azərbaycanı aprel döyüşlərinin əsas günahkarı elan etsin. Axı Nalbandyandan fərqli olaraq o, Sarkisyanın və dünya erməniçiliyinin deyil, onların hamısının inanmalı olduğu İlahinin qarşısında hesabat verir. Qoy onda əllərinə götürdükləri kitabı yerə qoyub sadəcə hər biri zirehli kamufulyajlarını geyinsinlər ki, hər kəs onları yaxşı tanısın".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31