Çin siyasi linqvistikasına dair seminar

Oktyabrın 19-da Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Çində müasir siyasi linqvistikanın əsas istiqamətləri” mövzusunda elmi seminar keçirilib. Olaylar bildirir ki, açılış nitqi ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov müasir linqvokonseptologiyanın əsas istiqamətləri və Çin Xalq Respublikasının sədri Si Tsinpinin siyasi dilinin tarixi-mədəni xüsusiyyətləri barədə danışıb.

Oktyabrın 19-da Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda "Çində müasir siyasi linqvistikanın əsas istiqamətləri" mövzusunda elmi seminar keçirilib.

Olaylar bildirir ki, açılış nitqi ilə çıxış edən ADU-nun Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov müasir linqvokonseptologiyanın əsas istiqamətləri və Çin Xalq Respublikasının sədri Si Tsinpinin siyasi dilinin tarixi-mədəni xüsusiyyətləri barədə danışıb.

Seminarın işi çərçivəsində ÇXR-in sədri Si Tsinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət, Azərbaycan dilində materiallar toplusu təqdim edilib.

Seminarda çıxış edən Konfutsi İnstitutunun əməkdaşları Əfsanə Balayeva və Nigar Qocayeva Çin siyasi mətninin leksiki-üslub xüsusiyyətləri, siyasi frazeologiyalarının incəlikləri və siyasi kommunikasiyaları haqqında danışıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31