Bakıda qaçırılan avtomobil Gəncədə tapılıb
Yasamal rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə Mirhüseyn Mirxasov tutulub. Onun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il aprelin 18-də Yasamal rayonu ərazisindən “VAZ-2107” markalı avtomobili qaçırması da müəyyən edilib. Avtomobil oktyabrın 8-də Gəncə şəhəri ərazisində tapılıb.
19 Oktyabr 2017 15:05 KriminalYasamal rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə Mirhüseyn Mirxasov tutulub. Onun ətrafında Baş Cinayət Axtarışı İdarəsi, Bakı Şəhər BPİ Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 29-cu PB-nin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun cari il aprelin 18-də Yasamal rayonu ərazisindən "VAZ-2107" markalı avtomobili qaçırması da müəyyən edilib. Avtomobil oktyabrın 8-də Gəncə şəhəri ərazisində tapılıb.