Gündəm

MDB Sərhəd Qoşunları komandanları Şurasının iclasında 25 sənəd imzalanıb

19 Oktyabr 2017 16:45

Bakıda MDB Sərhəd Qoşunları komandanları Şurasının 78-ci iclası keçirilib. Məlumata görə, iclasda 8 ölkənin Sərhəd Qoşunları xidmətinin nümayəndələri iştirak edib. Tədbirə həmçinin MDB İcraiyyə Komitəsinin rəhbəri qatılıb.

İranın keçmiş prezidenti Əhmədinejad dövlətə 3,5 milyard dollar ziyan vurub

19 Oktyabr 2017 16:42

İranda keçmiş prezident Mahmud Əhmədinejadın ölkə rəhbəri olduğu dövrdə - 2009-cu ildə neft gəlirləri ilə bağlı qanunsuzluqlarla əlaqədar dövlətin məruz qaldığı zərəri ödəməsi barədə qərar çıxarıldığı məlum olub.

Avropa Parlamentinin sədri: "Avropa Kataloniyanın müstəqilliyini tanımayacaq"

19 Oktyabr 2017 16:40

Avropa dövlətləri Kataloniyanın müstəqilliyini qəbul etməyəcək. Bunu Avropa Parlamentinin sədri Antonio Tayani “Kore” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, Kataloniya böhranı krallığın daxili işidir: “Avropa məsələnin qarşılıqlı dialoq müstəvisində həllinin tərəfdarıdır. Vacib olan İspaniya qanunları və konstitusiyası çərçivəsində qərar qəbul etməkdir. Yaxşı olardı ki, Kataloniya müstəqilliyini elan etməsin, çünki Avropada  heç kim Kataloniyanın müstəqilliyi ilə razılaşa bilməz”.

"Qadınların ərlərinin telefonuna baxması haramdır"

19 Oktyabr 2017 16:37

Misirin "Darül-Fitva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Ermənilər Qarabağda 3 aylıq körpəni, 104 yaşlı qocanı girov götürüblər

19 Oktyabr 2017 16:30

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən Azərbaycan vətəndaşlarının 745 nəfəri mülki şəxs olub".  Bunu "Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı əsir və girov götürülmüş, itgin düşmüş şəxslərin hüquqlarının müdafiəsi beynəlxalq humanitar hüquq kontekstində" movzusunda keçirilən konfransda deyib.

Sepah: İran ballistik raket istehsalını sürətləndirəcək

19 Oktyabr 2017 16:28

ABŞ-ın təzyiqləri fonunda İranın raket proqramının inkişafı sürətləndiriləcək. Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) bəyanatında deyilir.

Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb

19 Oktyabr 2017 16:26

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, eyni zamanda BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb.

Ağsu aşırımında sürüşmə: yolda çatlar əmələ gəldi - VİDEO 

19 Oktyabr 2017 16:24

Ağsu aşırımında sürüşmə olub, magistral yolda çatlar əmələ gəlib. Son günlər intensiv yağışlar səbəbi ilə sürüşməyə meyilli ərazilərdə aktivlik müşahidə olunub. Ağsu rayonu ərazisində mövcüd sürüşmə nöqtələrində uçqunlar baş verib. 

Soçidə festivalda erməni təxribatı - Bizimkilərdən cavab reaksiyası 

19 Oktyabr 2017 16:22

Rusiyanın Soçi şəhərində "Sülh, həmrəylik, sosial ədalət, biz imperializmə qarşı mübarizə aparırıq-keçmişimizə hörmət edərək gələcəyimizi inşa edirik" şüarı altında XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalı keçirilir. Festivalda Azərbaycan nümayəndə heyəti də iştirak edir.

"Qarabağ münaqişəsinin eskalasiyası tammiqyaslı müharibə həddinə çata bilər"

19 Oktyabr 2017 16:17

Oktyabrın 18-də ABŞ Senatının "Rassel" binasında "Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu" mövzusunda brifinq keçirilib.

Azərbaycanda fəhlə arvadının iki kişi ilə görüntülərini çəkdi - VİDEO

19 Oktyabr 2017 16:11

Azərbaycanda ər arvadını xəyanət edərkən tutub. ARB TV-də efirə gedən "Çıxış yolu Afət Rahilqızı ilə" verilişinə Aftandil adlı şəxs müraciət edib. O, iki qız övladının valideynlik hüququnu tələb edib. Salyan rayonunda ailəsi ilə birgə yaşayan Aftandil işi Bakıda olduğu üçün həftənin 5 günü orda qaldığını deyib.

XİN: "Yaxın Şərqdə cərəyan edən hadisələr Azərbaycanı narahat edir"

19 Oktyabr 2017 16:06

İtaliyanın Trentino-Alto Adice muxtar region modeli Azərbaycan sərhədləri daxilində Dağlıq Qarabağ regionunun muxtar statusu üçün öyrənilməli olan uğurlu modellərdən biri ola bilər.

Lənkəranskinin yaxın adamı 3,6 milyon avroya həbsdən AZAD OLDU

19 Oktyabr 2017 16:05

Kriminal avtoritet, Şeyx Xamzat kimi tanınan çeçen Xamzat Qastamirov və onunla əlbir olan dəstə üzvləri 18 oktyabr tarixində Niderland məhkəməsi tərəfindən azad edilib. Kriminal avtoritetə üç biznesmen zamin dayanıb. Qastamirov azad olunması üçün məhkəməyə 3,6 milyon avro rüşvət verib.

Cəza çəkməkdən azad edilmiş 3660 nəfərə birdəfəlik müavinət ödənilib

19 Oktyabr 2017 16:02

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cari ilin yanvar-sentyabr aylarında penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilən, tibbi və sosial yardıma ehtiyacı olan 3660 nəfər şəxsi birdəfəlik müavinətlə təmin edib.

100-dən çox insanı öldürən erməninin atası da eyni cinayətdə ittiham olunur

19 Oktyabr 2017 16:00

Moskvada müştəriləri zəhərləməkdə ittiham olunan daha bir taksi sürücüsü saxlanılıb. Saxlanılan taksi sürücüsü dünən barəsində həbs qətimkan tədbiri seçilən taksi sürücüsü erməni Vaaqn Karapetyanın atasıdır.