Gündəm

Çavuşoğludan Azərbaycana qarşı qəbul olunan sənədlə bağlı AÇIQLAMA

19 Oktyabr 2017 17:09

"Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün Bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələrini kəskin şəkildə pisləyirik".  Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.  Onun sözlərinə görə, həmin millət vəkillərindən biri səhv etdiyini boynuna alıb, yəni Azərbaycanın əleyhinə olan sənədə bilmədən səs verdiyini yazılı olaraq müvafiq qurumlara bildirib. 

Polis maşında söhbət etdiyinizi belə görəcək - 40 AZN cəriməsi var

19 Oktyabr 2017 17:07

Dünəndən sosial şəbəkələrdə sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəyi ilə bağlı məlumat müzakirələrə səbəb olub. Şəbəkə istifadəçiləri bildiriblər ki, bütün sürücülər sükan arxasında söhbət edir, onda gərək hər kəs cərimələnsin. 

BANM Türkiyənin Orta Doğu Texniki Universiteti ilə əməkdaşlıq edəcək

19 Oktyabr 2017 17:05

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ümumi işlər üzrə prorektor Rəşad Həsənov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində (ODTU) olub, ODTU-nin rektoru, professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq ilə görüşüblər.

Karyera planlama təlimləri davam edir

19 Oktyabr 2017 17:04

"Məktəblinin dostu" layihəsi çərçivəsində 2017-2018-ci tədris ili üzrə karyera planlama təlimləri başlayıb. “OLAYLAR”-ın Bakı Şəhəri Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə, təlimlər layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin əməkdaşları tərəfindən keçirilir. 

“Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü BNA nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib

19 Oktyabr 2017 17:02

18.10.2017 tarxində UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Qarabağ”-“Atletiko Madrid” futbol qarşılaşması günü Bakı Nəqliyyat Agentliyi missiyasına uyğun olaraq sərnişindaşıma ilə bağlı nəzərdə tutulan tədbirləri tam şəkildə yerinə yetirib.

Xidmət rəisi vətəndaşları qəbul edib

19 Oktyabr 2017 17:01

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Sumqayıt şəhərində Sumqayıt, Abşeron, Qubadlı, Şuşa, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarının sakinlərinin qəbulunu həyata keçirib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulda 25 vətəndaş iştirak edib.

Bolqarıstanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

19 Oktyabr 2017 17:01

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirilib . “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıldı və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulandı.

Xanbala Orucova general-mayor ali hərbi rütbəsi verilib

19 Oktyabr 2017 16:59

Prezident İlham Əliyev Xanbala Tubail oğlu Orucova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

XİN: Amerikalı şoumenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır

19 Oktyabr 2017 16:58

Amerikalı şoumen Entoni Burdenin Dağlıq Qarabağa səfəri məsələsi araşdırılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, araşdırmadan sonra müvafiq qərar veriləcək.

Bu il Bakıda müxtəlif cinayətlər törətmiş 228 nəfərdən ibarət 99 qrup zərərsizləşdirilib

19 Oktyabr 2017 16:56

Bakıda bu ilin 9 ayı ərzində qeydə alınan cinayətlərin statistikası açıqlanıb. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində qeyd olunub ki, 2017-ci ilin 9 ayı ərzində paytaxtda Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 9.148 (9.137) cinayət qeydə alınıb ki, onların da 83,2%-i (7.608-i) az ağır və böyük ictimai təhlükə törətməyən, 16,8%-i isə (1.540-ı) ağır və xüsusilə ağır növlər olub.

Palata: İpoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydası indiyədək təsdiqlənməyib

19 Oktyabr 2017 16:54

"Azərbaycan İpoteka Fondu" ASC-nin (AİF) Müşahidə Şurası indiyədək ipoteka kreditləri üzrə zəmanətlərin verilməsi qaydasını təsdiq etməyib". Bu barədə Hesablama Palatasının rüblük rəsmi məlumat bülletenində qeyd edilib. Nəzarət tədbiri 2015-2016-cı illəri əhatə edir.

Bakı Şəhər Baş Polis İdarəsində əməliyyat müşavirəsi keçirilib

19 Oktyabr 2017 16:53

Bakı Şəhər Baş Polis İdarəsində 2017-cı ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. İdarədən  verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, respublikada prezident İlham Əliyev tərəfindən aparılan hüquqi dövlət quruculuğu prosesi 2017-ci ilin 9 ayı ərzində  də uğurla davam etdirilib, ölkədə insan hüquq və azadlıqlarının qorunması təmin edilib.

Bakıda 14 min nəfərə yaxın şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb

19 Oktyabr 2017 16:51

Bu ilin 9 ayı ərzində Bakıda qeydiyyata alınan və qeydiyyatdan çıxarılan şəxslərin sayı açıqlanıb. Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsində keçirilən əməliyyat müşavirəsində bildirilib ki, qeydiyyat və şəxsiyyət vəsiqəsi xidməti tərəfindən bu il ümumilikdə 25 min 957 nəfərə şəxsiyyət vəsiqəsi verilib. Bundan başqa 13 min 926 vətəndaş yaşayış yeri üzrə qeydiyyatdan çıxarılıb, 5567 şəxs qeydiyyata alınıb.

Aydın Hüseynov: Uorlik Ermənistanın işğal olunmuş ərazilərdən çıxmasını istəməklə separatizmə son qoyulmasına işarə vurub

19 Oktyabr 2017 16:48

Oktyabrın 18-də ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda mövzusunda keçirilən brifinqdə ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, səfir Ceyms Uorlikin çıxışı təqdirəlayiqdir.

Azərbaycanda milli və dini azadlığın inkişafı üçün hər bir şərait yaradılıb

19 Oktyabr 2017 16:46

Bu gün bütün sahələrdə sürətli inkişaf yolu keçən  Azərbaycanda fundamental azadlıqlar, haqq və hüquqların ən yüksək səviyədə qorunduğunun şahidinə çevrilməkdəyik. 25 ildən artıqdır öz müstəqil yolunda uğurla addımlayan Azərbaycan Respublikası müstəqil, azad, demokratik bir ölkənin ata biləcəyi  bütün addımları atır, zəruri islahatları həyata keçirir.