BANM Türkiyənin Orta Doğu Texniki Universiteti ilə əməkdaşlıq edəcək
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ümumi işlər üzrə prorektor Rəşad Həsənov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində (ODTU) olub, ODTU-nin rektoru, professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq ilə görüşüblər.
19 Oktyabr 2017 17:05 SosialBakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və ümumi işlər üzrə prorektor Rəşad Həsənov Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetində (ODTU) olub, ODTU-nin rektoru, professor Mustafa Verşan Kök, prorektorlar professor Dilək Sanin, professor Mehmet Zeyrək, professor Meleha Altunışıq ilə görüşüblər. "OLAYLAR"-ın xəbərinə görə, görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq perspektivləri müzakirə olunub, ODTU-nin Elektrik Elektronika Mühəndisliyi və Kompüter Mühəndisliyi ixtisasları əsasında BANM-də də eyni adlı ixtisasların açılması haqqında razılıq əldə edilib. Tərəflər təhsil müəssisələri arasında ikili diplomun verilməsi imkanlarını da nəzərdən keçiriblər. Rektor Elmar Qasımov türkiyəli həmkarını BANM-ə dəvət edib.