Bolqarıstanla turizm sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirilib . “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıldı və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulandı.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Maya Hristova arasında görüş keçirilib . "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, görüşdə mədəniyyət və turizm sahələri üzrə ikitərəfli əlaqələrin inkişafına dair müzakirələr aparıldı və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi zərurəti vurğulandı. Bolqarıstan Respublikası Prezidenti Rumen Radevin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ilə aparılan danışıqların nəticəsi olaraq ölkə rəhbərliyinin müvafiq tapşırıqlarının icrasına dair fikir mübadiləsi aparıldı. 2018-ci ilin 16 yanvar tarixindən etibarən Bakıdan Sofiya şəhərinə birbaşa reyslərin açılacağını nəzərə alaraq, Azərbaycanın Bolqarıstanda və Bolqarıstanın turizm potensialının Azərbaycanda təbliği məqsədilə fəaliyyətin genişləndirilməsi müzakirə olundu.

Nazir Əbülfəs Qarayev bu istiqamətdə Bolqarıstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və adıçəkilən ölkənin Turizm Nazirliyi ilə əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini qeyd etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31