Gündəm

Tacir sevgilisi olmuş Fədayə Laçın haqqında: "Onun kimi kimsə ola bilməz"

19 Oktyabr 2017 18:22

Tacir Şahmalıoğlu müğənni Fədayə Laçın haqqında danışıb.  5/5 verilişində qonaq olan Tacir Fədayə ilə birlikdə səhnədə olmağından peşman olmadığını bildirib: "Fədaya ilə duet oxumağıma görə peşman deyiləm. Onun yaratdığı musiqini oxuya bilərlər, amma onun kimi kimsə ola bilməz. Onun oxuduğu tərzdə kimsə oxuya bilməz. Ən çətin mahnıları o ərsəyə gətirib".

XİN: BMT-nin qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı

19 Oktyabr 2017 18:21

BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 822(1993), 853(1993), 854(1993) və 884(1993) saylı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı.

Niderlandın baş naziri: Katoliniya məsələsinin Avropa İttifaqına dəxli yoxdur

19 Oktyabr 2017 18:08

Niderlandın baş naziri Mark Ryutte hesab edir ki, referendum keçirilən Katoliniya məsələsinin Avropa İttifaqına heç bir aidiyyatı yoxdur. Məlumta görə, o, bəyan edib ki, bu, İspaniyanın daxili işidir.

Cocuq Mərcanlıdan xəbər var

19 Oktyabr 2017 18:05

"Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ikinci mərhələdə aparılan bərpa işləri, əlavə olaraq 100 evin, digər infrastrukturların da inşası başa çatmaq üzrədir".

Kurık limanı Gəmiçiliyi mükafatlandırıb

19 Oktyabr 2017 18:03

Qazaxıstanın Kurık limanından Yeni Bakı limanına  göndərilən yükün həcmi bir milyon tona çatdırılıb. Bu münasibətlə limanda təntənəli mərasim keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə,  limanın baş direktoru Mirzabek Sakdaqanov peşəkar xidmət göstərməsinə görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinin “Təşəkkürnamə”yə  layiq görüldüyünü deyib.  “Təşəkkürnaməni” qəbul edən “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin kapitanı Abuzər Həsənov  Gəmiçiliyin bərələrinə göstərilən etimada görə, Kurık limanının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bundan sonra da Xəzər üzərindən tranzit yükdaşımalarda bacarıqlarından maksimum dərəcədə  istifadə edəcəklərini deyib.

Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir

19 Oktyabr 2017 18:02

“Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahənin qanunvericilik bazası da daim nın təkmilləşdirilir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir. Onun sözlərinə görə,  Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında sosial sahədə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.

Nişanlısı zənginə cavab verməyincə evlərinə getdi: gördüyündən şok oldu

19 Oktyabr 2017 18:00

Türkiyənin Afyonkarahisar vilayətində yaşayan 3 uşaq atası, mərmər ustası Satılmış Gökhasan 29 yaşlı böyük oğlu Tahsin Gökhasanı nişanladıqları şəxslər tərəfindən 50 min lirə aldadığını deyib.

"Bu telefonu almağa "zasluqam" çatır" - Gənclərin məhkəməsindən

19 Oktyabr 2017 17:49

Bakı Ağır Cinayətlər Məhkəməsində özünü kriminal aləmin adamı kimi təqdim edib insanları hədələyərək telefon və pullarını alan gənclər - 1996-cı il təvəllüdlü Nəbiyev Yusif və 1992-ci il təvəllüdlü Həsənov Muradın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Putin özünün və Medvedyevin maaşını azaltdı

19 Oktyabr 2017 17:46

Rusiya prezidenti Vladimir Putin bir sıra hökumət rəsmilərinin əmək haqqının azaldılması barədə imzaladığı sərəncamın vaxtını daha bir il müddətinə artırıb. Rusiya prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.

İtaliyadan gətirilən dekorativ bitkilərdə zərərvericilər aşkarlandı

19 Oktyabr 2017 17:44

İtaliyadan Azərbaycan Respublikasına idxal edilən dekorativ bitkilərə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən fitosanitar nəzarəti həyata keçirilərkən zərərli orqanizm aşkar olunub.

Əfqanıstanda iki hücum oldu - 11 polis öldü

19 Oktyabr 2017 17:42

Əfqanıstanda törədilmiş iki ayrı-ayrı hücum nəticəsində 11 polis həlak olub. Birinci hadisə Nimroz əyalətində baş verib. Məlumata görə, "Taliban" terror təşkilaıtna mənsub silahlılar polis kortejinə atəş açıblar. İnsident nəticəsində beş polis həlak olub, 3 nəfər yaralanıb. Fərəh əyalətində isə polis məntəqəsinə hücum nəticəsində 6 polisin həlak olduğu, daha bir nəfərin yaralandığı bildirilir. Bu hadisəyə görə də məsuliyyəti "Taliban" öz üzərinə götürüb.

“Dünyanın qalan hissəsinin taleyi Türkiyədən asılıdır”

19 Oktyabr 2017 17:37

“Bu gün Orta Şərqdə yaşanan problemlərin sadəcə Türkiyə üçün deyil, dünyanın qlobal sabitliyi və sülh üçün vacibdir. Bunu İspaniyanın sabiq Baş naziri Xose Luis Rodrigez Zapatero bildirib. O qeyd edib ki, dünyanın qalan hissəsinin taleyi Türkiyədən asılıdır: “Yəni Avropa ilə olan əlaqələrdən, Orta Şərqdəki sülh və sabitlikdən bəhs edirəm.

Ermənistan ordusunda oğurluq: Həbs edilənlər var

19 Oktyabr 2017 17:21

Ermənistan ordusunda oğurluq faktı qeydə alınıb.  "N" saylı hərbi hissənin texniki diviziya komandirinin maddi texniki təminat üzrə müavini Albert Qriqoryan külli miqdarda mənimsəmədə günahlandırılır.

Deputat: Sülhə gedən yol yalnız işğal edilmiş ərazilərin azad edilməsindən keçir

19 Oktyabr 2017 17:19

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən müzakirədə Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi mövzusu qoyulmalıdır. Bunu Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun sözlərinə görə, ABŞ Senatının “Rassel” binasında “Dağlıq Qarabağda tammiqyaslı müharibəyə yol verilməməlidir: Birləşmiş Ştatların və ATƏT-in rolu” mövzusunda brifinqdə Minsk qrupunun amerikalı həmsədri olmuş səfir Ceyms Uorlikin "Azərbaycanın suverenliyinə hörmət edilmədən münaqişənin tənzimlənməsi mümkün ola bilməz" fikrini söyləməsi müsbət bir haldır: Deputat qeyd edib ki, münaqişənin həlli ilə bağlı beynəlxalq hüquq normalarının prinsipləri kobud şəkildə pozulub. A.Mollazadənin sözlərinə görə, BMT-nin 4 məlum qətnaməsinin icrasına başlanıldıqdan sonra sülh mümkündür: "Sadəcə olaraq, beynəlxalq hüquqlara hörmət edilməlidir. Sülhə gedən yol yalnız işğal edilmiş ərazilərin azad edilməsindən keçir".

Bərzaninin ən yaxın adamına 7 illik həbs cəzası verildi

19 Oktyabr 2017 17:16

Bərzaninin köməkçisi Kosrat Rəsulu Kərkükü geri alan İraq əsgərlərini işğalçı adlandırdığına görə, 7 illik həbs cəzası gözləyir. Onun həbsi ilə bağlı qərarı İraq Məhkəməsi verib.