Gündəm

"Qızım doğulandan sonra qadın olduğumu hiss etdim"

19 Oktyabr 2017 19:14

Rusiyalı model İrina Şeyk müsahibə verib. Məlumata görə, 31 yaşlı model 7 ay əvvəl ana olmasının ona yaşatdığı hisslərdən danışıb: “Qızımın dünyaya gəlişi məni qadınlığımın zirvəsinə qaldırdı. Ondan sonra qadın olduğumu hiss etdim”.

Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulu buraxılacaq

19 Oktyabr 2017 19:10

“Bigelow Aerospace” özəl kosmik şirkəti “United Launch Alliance” müəssisəsi ilə birlikdə bəyanatla çıxış edərək 2022-ci ilədək Ay orbitinə hava ilə doldurulmuş yaşayış modulunu çıxarmağı planlaşdırmasını açıqlayıb.

“Microsoft” şirkəti “Windows 10 Fall Creators Update” yeniləməsini təqdim edib

19 Oktyabr 2017 19:05

“Windows 10” sistemi ilə işləyən qurğu sahibləri üçün “Windows 10 Fall Creators Update” adlı böyük yeniləmə əlçatan olub. Bu haqda “Microsoft” şirkətinin bloqunda məlumat dərc edilib.

Şehiç: "Biz özümüzü gec-tez göstərməliydik"

19 Oktyabr 2017 19:00

"Qarabağ"ın qapıçısı İbrahim Şehiç Çempionlar Liqasının qrup mərhələsində dünən "Atletiko" ilə keçirilən oyundan (0:0) sonra müsahibə verib.

"Ndlovunun epizodunda penalti yox idi" - İspaniyalı məşhur hakim

19 Oktyabr 2017 18:55

İspaniyalı məşhur hakim İtturalde Qonzales "Qarabağ" - "Atletiko" oyununun 73-cü dəqiqəsində Ağdam klubunun futbolçusu Dino Ndlovuya göstərilən qırmızı vərəqədən danışıb.

AFFA-dan Prosineçki AÇIQLAMASI

19 Oktyabr 2017 18:50

Robert Prosineçki ilə bu ayın sonuna qədər görüş olacaq. Onun hazırda qüvvədə olan müqaviləsi mövcuddur. Axşam Bakıya qayıtmalıdır. Bugünlərdə görüşəcəyik. Bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Karlo Ançelotti milli komandadan dəvət ala bilər

19 Oktyabr 2017 18:47

Xorvatiya Futbol Federasiyası millinin baş məşqçisi postunda dəyişiklik etmək istəyir. Qurum bir müddət əvvəl "Bayern Munich"lə yolları ayrılanKarlo Ançelotti ilə əməkdaşlıq etmək niyyətindədir. Xorvatların baş məşqçisi postunda Ante Çaçiçin istefasından sonra müvəqqəti olaraq Zlatko Daliçdir. 58 yaşlı Ançelotti isə bir neçə ay istirahət etmək istədiyini demişdi.

Qədim yurd yerləri də aşkar edildi - Yardımlıda

19 Oktyabr 2017 18:45

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Anar Ağalarzadə başçılıq etdiyi arxeloji ekspedisiya Yardımlı rayonu ərazisində yeni abidələr aşkar ediblər. Olaylar bildirir ki, qazıntılar Sarıbulaq yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşmiş çoxlu sayda qəbir abidələrində, həmçinin müxtəlif struktura malik kurqan və daş qutu qəbirlərində aparılıb.

Azərbaycanlı məşhur keçmiş türk ərini məhkəməyə verdi

19 Oktyabr 2017 18:40

Günay Musayeva keçmiş həyat yoldaşını məhkəməyə verib. Bir neçə ildir Türkiyədə yaşayan və orada fəaliyyət göstərən model eks-ərindən 500 TL-lik aliment xərclərinin artırılmasını istəyib.

Bir qrup energetik medal və fəxri adlarla təltif edildi

19 Oktyabr 2017 18:38

Prezident İlham Əliyev Azərbaycan energetiklərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib

19 Oktyabr 2017 18:37

Oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8 Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etmək üçün İstanbula gedib.

Fransalı aktrisa 100 yaşında vəfat edib

19 Oktyabr 2017 18:37

Məşhur fransalı aktrisa və müğənni Daniel Darye 100 yaşında vəfat edib. O, Bua-le-Rua şəhərindəki evində vəfat edib. Daryenin ilik flimi 1931-ci ildə çəkildiyi “Bal” olub. O daha çox 1936-cı ildə çəkilmiş “Mayerlinq” filmi ilə populyarlıq qazanıb. 

İnsan üzlü "pişik" görənləri təəccübləndirir - VİDEO

19 Oktyabr 2017 18:33

Bir neçə gün əvvəl Malaziyada insan üzlü pişikin doğulması barədə məlumat yayılıb. Sosial şəbəkəyə yüklənən video ölkədə geniş müzakirələrə yol açıb. Görüntülərlə bağlı polisdən açıqlama gəlib. Bildirilib ki, belə bir varlıq yoxdur. Polislər düşünür ki, bu, sadəcə, silikondan hazırlanmış uşaq oyuncağıdır və satılmaq üçün qoyulub. 

Hülyanın "kişilər xəyanət edə bilər" sözlərinə görə kanal cərimələndi

19 Oktyabr 2017 18:30

Türkiyəli müğənni-aparıcı Hülya Avşarın verilişində "Kişilər xanımlarına hiss etdirmədən xəyanət edə bilərlər" sözləri Star TV-nin başını bəlaya salıb. Radio-Televiziya Üst Qurumu (RTÜK) telekanala rekord məbləğdə cərimə müəyyən edib.

11-ci sinfi şagirdinin ölümünə səbəb olan "zavuç"a 500 MANAT CƏRİMƏ

19 Oktyabr 2017 18:27

Sumqayıtda orta məktəb şagirdinin ölməsində təqsirli bilinən Zəngilan rayon sakini, 1967-ci il təvəllüdlü Qəfər Hacıyevin işi üzrə məhkəmə prosesi başa çatıb. Sumqayıt şəhər 17 saylı orta məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini olan Qəfər Hacıyev 2013-cü il, mayın 13-də dərsə gecikmiş 11b sinif şagirdi Azad İlyasovun və digər 15-20 nəfər şagirdin gecikmə hallarının qarşısını almaq fikrinə düşüb.