Hülyanın "kişilər xəyanət edə bilər" sözlərinə görə kanal cərimələndi

Türkiyəli müğənni-aparıcı Hülya Avşarın verilişində "Kişilər xanımlarına hiss etdirmədən xəyanət edə bilərlər" sözləri Star TV-nin başını bəlaya salıb. Radio-Televiziya Üst Qurumu (RTÜK) telekanala rekord məbləğdə cərimə müəyyən edib.

Türkiyəli müğənni-aparıcı Hülya Avşarın verilişində "Kişilər xanımlarına hiss etdirmədən xəyanət edə bilərlər" sözləri Star TV-nin başını bəlaya salıb. Radio-Televiziya Üst Qurumu (RTÜK) telekanala rekord məbləğdə cərimə müəyyən edib. Cəmiyyət tərəfindən də hiddətlə qarşılanan Hülyanın sözləri "əxlaqdan kənar vəziyyətin məcburiyyət olaraq diktə edilməsi", "cəmiyyətin milli-mənəvi dəyərlərinə, ümumi əxlaqa və ailənin qorunmasına zidd sözlər" kimi qəbul edilərək cərimə müəyyən edilib. Məbləğ açıqlanmasa da, cərimənin ən yüksək miqdarda olması qeyd olunub. Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31