Gündəm
Oktay Kaynarca keçmiş sevgilisini Dəniz Çakırdan DANIŞDI
"Eşkiya dünyaya hökmdar olmaz” serialının əsas qəhrəmanı Oktay Kaynarca keçmiş sevgilisini yada salıb. Məşhur aktyor instaqram hesabında təsirli status yazıb: "Səfərlərimizdə istəsək də, istəməsək də, bəzən yol ayrıcları var. Əsl dostluqlar və kimin kimi necə qəbul etdiyi, necə dəyər verdiyi, həyatındakı rolu məhz bu yol ayrıclarında məlum olur... Yol davam edir, etməlidir də, bəzən azalaraq da çoxala biləcəyimizi unutmadan".
Balların hesablanması qaydası dəyişəcək
Dövlət qulluğuna qəbul üçün ilk müsabiqə noyabr ayında keçiriləcək. Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov deyib. B.Xəlilov bildirib ki, imtahanlardan uğurla keçən namizədlərə sertifikat veriləcək. Həmin namizədlər bu sertifikatlara uyğun olaraq vakant dövlət qulluğu müsahibələrində iştirak edə biləcəklər.
Nazir: "Hasilatın azaldılması özünü doğruldur, neft bazarı tarazlaşıb"
"Azərbaycan yalnız OPEC ilə deyil, bütün beynəlxalq öhdəliklərinə hər zaman çox ciddi yanaşır". Bunu energetika naziri Pərviz Şahbazov bildirib.
Bakı Beynəlxalq Film Festivalına hazırlıq
C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında “Bakı Beynəlxalq Film Festivalı”nın təşəbbüs qrupunun iclası keçirilib. Olaylar bildirir ki, Kinostudiyanın direktoru Müşfiq Hətəmovun sədrliyi ilə keçirilən iclasda Kinematoqrafçılar İttifaqının birinci katibi, rejissor Cəmil Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Yusif Şeyxov, prodüser və hüquqşünas Fikrin Bektaşi, kinoşünas Ayaz Salayev, rejissor Elçin Musaoğlu, Bakı Film İnstitutunun rəhbəri Fehruz Şamıyev iştirak edib. M. Hətəmov qeyd edib ki, festivalın nizamnaməsinin hazırlanması üçün iş aparılır, maliyyə, təşkilati və informasiya dəstəyi verən qurumlarla danışıqlara başlanılıb: “Bu gün Azərbaycan filmləri artıq beynəlxalq festivallarda uğurla nümayiş olunur, mükafatlar qazanırlar. Bakı Beynəlxalq Film Festivalı Azərbaycan kinosunun dünya kino mühitinə daha ciddi inteqrasiya olunmasında vacib addımdır”.
Qanunsuz ovçular saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz çöl quşları və vəhşi heyvanların ovlanmasının qarşısını almaq məqsədi ilə növbəti reyd keçirilib. Olaylar bildiriir ki, reyd zamanı Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.
Nazir vətəndaşları qəbul edəcək - Şəmkirdə
Oktyabrın 26 - da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Olaylar bildirir ki, qəbulada iştirak etmək istəyən vətəndaşların qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları xahiş olunur.
"Nar bağı"ndan növbəti uğur
Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatına layiq görülüb. “Young Cinema Award” mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir. Bu il mükafata təqdim edilən 298 ekran işindən 142-si debüt film olub. Azərbaycanlı rejissorun ekran işi debüt filmlər arasından qalib seçilib.
"Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə
Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Qaradağ rayonu Heydər Əliyev Mərkəzində tədbir keçirib. Olaylar bildirir ki, tədbirdə Qaradağ rayonu ərazisində yerləşən məktəblərin müəllim və şagird kollektivi, yerli ictimaiyyətin nümayəndələri iştirak edib. Qaradağ rayonu İcra hakimiyyəti ilə birgə keçirilən tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, kulturoloq Fuad Məmmədov “Kulturologiya və Azərbaycanda davamlı inkişaf” mövzusunda mühazirə deyib. İştirakçılar professor Fuad Məmmədovun mühazirəsini maraqla qarşılayıb, sonra mövzu ətrafında müzakirə aparılıb.
“Android”lər insanların iş tərəfdaşı olacaq
Yaponiyanın “Hiroshi Ishiguro Laboratories” şirkətinin yaradıcısı professor Xirosi İsiquro bildirib ki, gələcəkdə robot “android”lər yalnız insanları əvəz etməyəcək, həm də onların iş tərəfdaşları olacaq.
“Nokia 7” smartfonu rəsmən nümayiş edilib
“HMD Global” şirkəti Çində orta səviyyəli “Nokia 7” smartfon modelini təqdim edib. Korpusu alümin çərçivədən ibarət smartfon “Full HD” (1920 х 1080 piksel) təsvir ölçülü 5,2 düym diaqonallı ekran, “2.5D” dairəvi haşiyəyə malik “Corning Gorilla Glass 3” şüşə panel, barmaq izi skaneri, 16 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz edilib. Məlumata görə, əsas yeniliklərdən biri ön və əsas kameranın eyni anda şəkil çəkərək “Bothie” rejimini yaratdığı ikitərəfli “Dual-Sight” çəkilişinin aparılma imkanıdır.
Alimlər səs vasitəsilə biometrik eyniləşdirmə üçün əlavə müdafiə vasitəsi hazırlayıblar
Biometrik eyniləşdirmə zamanı səsdən istifadə edilməsinə baxmayaraq, belə üsul indiyədək etibarlı sayılmır, çünki bu müdafiə vasitəsini təqlid və ya səs yazısı vasitəsilə dəf etmək mümkündür. Miçiqan Universitetinin alimləri bu çatışmazlığı aradan qaldırmaq üçün “VAuth” texnologiyası hazırlayıblar.
Noutbukların avtonomluğunda inqilab gözlənilir
“Microsoft” korporasiyasının “Asus”, “HP” və “Lenovo” şirkətləri kimi tərəfdaşları bazarda qüvvələr nisbətini dəyişəcək noutbuklar buraxmağa hazırlaşır.
Hibrid “HP ZBook x2” planşeti təqdim olunub
“HP” şirkəti “ZBook” mobil işçi stansiyalar seriyasını klaviaturası çıxarılabilən hibrid planşetlə genişləndirib. “ZBook x2” adlanan qurğu öz sinfində ən güclülərdən biri hesab olunur.
Əməkdar artist işsizlikdən gileyləndi
Əməkdar artist Naibə Allahverdiyeva işsizlikdən gileylənib. Məlumata görə, aktrisa “Günə davam” verilişində bildirib ki, onu heç bir seriala və filmə dəvət etmirlər: “Bütün günü evdə oturmuşam, niyə? Küçədə camaat məni görəndə sevdiyini deyir, qucaqlayır, öpür. İnsanlar deyir ki, “Ay Naibə xanım, efirdəki biabırçılıq nədir?”.
"Kənanın rədd etdiyi seriala mən də çəkilmərəm"
Aktyor Kıvanç Tatlıtuğun “Siyah beyaz aşk”da çəkilməməsinin səbəbi üzə çıxıb. Aktyor həmkarı Kənan İmirzalıoğlunun serialda oynamaq istəməyərək təklifi rədd etməsi səbəbindən belə addım atıb.














