Qanunsuz ovçular saxlanıldı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz çöl quşları və vəhşi heyvanların ovlanmasının qarşısını almaq məqsədi ilə növbəti reyd keçirilib. Olaylar bildiriir ki, reyd zamanı Şabran rayonu ərazisində, “Ağzıbir” ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.
20 Oktyabr 2017 10:28 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz çöl quşları və vəhşi heyvanların ovlanmasının qarşısını almaq məqsədi ilə növbəti reyd keçirilib. Olaylar bildiriir ki, reyd zamanı Şabran rayonu ərazisində, "Ağzıbir" ovçuluq təsərrüfatının Xəzər dənizi sahil zolağında qanunsuz ov edən Cəlilabad rayon sakini Aqil Abdullayev, Şabran şəhər sakini Sadiq Həmzəyev və Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Sulaiman Mohammad Hassan Fakher saxlanılıb. Onlardan şahin quşunun tutulması üçün istifadə edilən ilgək, tor, gözlük kimi qadağan olunmuş ov alətləri və 10 göyərçin quşu aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər barəsində qanunvericiliyə uyğun qaydada protokollar tərtib edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 1000 manat məbləğində cərimə olunublar. Onların üzərində aşkarlanan qadağan olunmuş ov alətləri məhv edilib və göyərçin quşları təbiətə buraxılıb.