"Nar bağı"ndan növbəti uğur

Azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” filmi Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən “Young Cinema Award” mükafatına layiq görülüb. “Young Cinema Award” mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir.  Bu il mükafata təqdim edilən 298 ekran işindən 142-si debüt film olub. Azərbaycanlı rejissorun ekran işi debüt filmlər arasından qalib seçilib.

Azərbaycanlı rejissor İlqar Nəcəfin "Nar bağı" filmi Asiya-Sakit Okean Kino Akademiyasının tarixində ikinci dəfə təqdim edilən "Young Cinema Award" mükafatına layiq görülüb. "Young Cinema Award" mükafatı ilk və ya ikinci debüt filmlərin müəlliflərinə verilir.  Bu il mükafata təqdim edilən 298 ekran işindən 142-si debüt film olub. Azərbaycanlı rejissorun ekran işi debüt filmlər arasından qalib seçilib.

Kinorejissor noyabrın 23-də dünya kino sənayesində "Asiya Oskarı" kimi tanınan mükafatın təqdimetmə mərasimində iştirak edəcək.

İlqar Nəcəf artıq ikinci dəfədir akademiyanın mükafatına layiq görülür. Onun quruluş verdiyi "Buta" filmi 2011-ci ildə akademiyanın "Ən yaxşı uşaq filmi" nominasiyasının qalibi olub. O, həmçinin akademiyanın fəxri üzvüdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31