Gündəm

Atəşkəsin pozulması halları artır

20 Oktyabr 2017 12:08

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Kəmərli, Qaymaqlı, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli, Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Putin səhvini etiraf etdi: “Sizə etibar edirdik”

20 Oktyabr 2017 12:03

Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas səhvini açıqlayıb. Bu barədə prezident “Valday” diskussiya klubunun toplantısında bildirib. “Qərblə münasibətlərdə əsas səhvimiz ondadır ki, biz sizə həddindən çox etibar edirdik. Sizin səhviniz bundan ibarətdir ki, bu etibarı zəif cəhət kimi qəbul etdiniz və ondan sui-istifadə etdiniz”, - deyə Rusiya prezidenti vurğulayıb.

Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə

20 Oktyabr 2017 11:59

Ermənistanın Müdafiə Nazirliyində daha bir fırıldaqçılığın üstü açılıb.  “N” saylı xüsusi təyinatlı dəstənin bölük komandirinin müavini, kiçik çavuş Arsen Tadevosyanın saxta diplomla işə düzəldiyi faktı aşkar edilib. Məlumata görə, Arsen Tadevosyan işə qəbul olmaq üçün 2016-cı ilin noyabr ayında Gümrü Dövlət Memarlıq universitetinin saxta diplomunun sürətini təqdim edib. Lakin ona qarşı açılan cinayət işi ilə bağlı araşdırılma zamanı diplomun saxta olduğu üzə çıxıb.

Karapetyan Medvedevi Ermənistana niyə dəvət edib?

20 Oktyabr 2017 11:58

Rusiyanın baş naziri Dmitri Medvedev  erməni həmkarı Karapetyanın dəvətilə oktyabrın 24-də Ermənistana səfər edəcək. Məlumata görə, Medvedev Karen Karapetyanla görüş keçirəcək. Görüşün ardınca onlar bir sıra sənəd imzalayacaq.

"Maşın"ı tərk edən Mehriban Elşadı "razborkaya çağırdı": "Tək gəl"

20 Oktyabr 2017 11:56

Elşad Xose tərəfindən "Maşın" realiti şousundan kənarlaşdırılan əməkdar artist Mehriban Xanlarovareperin bu hərəkətindən hələ də özünə gələ bilmir. Açıqlama verən aktrisa bunları deyib: "Hələ şokdayam. Stresdən çıxmamışam. Özümə gələndən sonra danışacam. Susuram. Amma susmağım qorxmaq anlamına gəlmir. Susqunluğumu tufanqabağı sakitlik kimi qəbul edin. Dörd dəfə məni irəli vermək... bu, heç bir kişiyə yaraşan hərəkət deyildi. Görünür, mən, doğrudan da, kimlər üçünsə çox güclü və təhlükəli rəqib olmuşam".

"Hər gecə Mehriban xanımın otağında yatırdıq" - "Maşın Şou"da YENİ QALMAQAL

20 Oktyabr 2017 11:54

Ötən gün "Maşın şou"nun "Xanımlar və cənablar" buraxlışının növbəti yayımı baş tutub. Dünənki yayım zamanı əsas söhbətlər şounun aktrisa iştirakçısı Mehriban Xanlarovanın otağına tez-tez gedən məşhurların ətrafında cərəyan edib. 

Ana doğduğu körpəni xəstəxananın tualetinə atıb, qaçdı - VİDEO 

20 Oktyabr 2017 11:52

Doğum evinin sanitar qovşağındakı zibil qabına atılan körpə həkimlərin sayəsində sağ qalıb. Doğulan kimi zibilliyə atılan körpəni həkimlər xilas ediblər. Qadının körpəni ayaqyoluna atması anı doğum evinin təhlükəsizlik kamerasına düşüb. Görüntülər Perudakı Solidaridad Salud sağlamlıq mərkəzində çəkilib. Qadın uşağı zibil yeşiyinə atdıqdan sonra qaçıb.

Oksana: “İslamda kişilik varsa, çıxıb səbəbini desin"

20 Oktyabr 2017 11:49

"Maşın" şouda dostluqları bitən aktyor İslam Mehrəliyev və rəqqasə Oksana Rəsulova arasında açıq müharibə davam edir.  Oksana İslamı yalan danışmaqda ittiham edib. "İslama qarşı nə mənfi münasibətim var idisə onu 5 qat artırdım. İslamın əsl üzünü "Maşın şou"da biz 4 nəfər qalanda mənə qarşı çıxanda gördüm.

Məhkumlarla bağlı Y ENİ QAYDALAR

20 Oktyabr 2017 11:48

Baş nazir Artur Rasizadə "İctimai işlər cəzasına məhkum olunmuş şəxslərin cəlb ediləcəyi işlərin növləri və belə işlərin keçiriləcəyi yerlərin müəyyənləşdirilməsi Qaydası"nı təsddiq edib.

Oktay Kaynarca’dan 'yol ayrımı' mesajı!

20 Oktyabr 2017 11:47

'Eşkıya Dünyaya Hükümdar Olmaz' dizisinin yıldızı Oktay Kaynarca, sosyal medya hesabından yaptığı paylaşımla kafa karıştırdı. Deniz Çakır’la birlikte başrollerini paylaştığı 'Eşkıya Dünyaya Hükümdar Olmaz' dizisiyle büyük beğeni toplayan Oktay Kaynarca, instagram hesabından ilginç bir paylaşım yaptı.

"Atletiko" - "Qarabağ" matçını izləmək istəyənlərin nəzərinə

20 Oktyabr 2017 11:46

"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın "Atletico" klubuna qarşı keçirəcəyi səfər matçını stadiondan izləmək istəyən azarkeşlər bu oyunun biletlərini Ağdam klubunun bazasından ala bilərlər.

ABŞ kəşfiyyatının keçmiş direktorundan Trampla bağlı İNANILMAZ SÖZLƏR

20 Oktyabr 2017 11:45

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Con Brennan Şimali Koreya nüvə böhranını əslində prezident Donald Trampın yaratdığını deyib. O, D.Trampın tvitter çıxışlarının Şimali Koreyada gərginlik yaratdığını, buna görə də Pyonqyanqın əks-hücum taktikasına keçdiyini bildirib.

Azərbaycanın hərbiyə ayırdığı vəsaitin məbləği MƏLUM OLDU

20 Oktyabr 2017 11:44

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub. 2018-ci ilin dövlət büdcəsində ümumilkidə müdafiə xərcləri üçün 2.739 milyard manatın ayrılması nəzərdə tutulur.

Musa Qasımlı Prezidentin Türkiyə səfərindən danışdı AÇIQLAMA

20 Oktyabr 2017 11:32

"Prezident İlham Əliyevin Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistandan ibarət hələ 1997-ci ildə əsası qoyulmuş D-8-lərin İstanbulda keçirilən Zirvə görüşünə xüsusi qonaq olaraq dəvət ediməsinin bir neçə mənası var. İlk növbədə, bu dəvət dövlətimizin dünya və region siyasətində artan rolunun göstəricilərindən biridir”. Bunu  millət vəkili Musa Qasımlı deyib.

Millət vəkili: “Biz öz sözümüzü istənilən auditoriyada deməliyik”

20 Oktyabr 2017 11:31

“ABŞ-ın Helsinki Komissiyasında oktyabrın 18-də Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyu, bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda keçirilən dinləmələrdə qarşıya qoyulan məqsəd bir idi, o da Ermənistanı zərərçəkən tərəf kimi göstərmək və rəsmi İrəvana hazırki administrasiya tərəfindən yardım ayrılmasına nail olmaq idi”. Bunu  açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.