Ermənistanın Müdafiə Nazirliyində səs-küylü hadisə
Ermənistanın Müdafiə Nazirliyində daha bir fırıldaqçılığın üstü açılıb. “N” saylı xüsusi təyinatlı dəstənin bölük komandirinin müavini, kiçik çavuş Arsen Tadevosyanın saxta diplomla işə düzəldiyi faktı aşkar edilib. Məlumata görə, Arsen Tadevosyan işə qəbul olmaq üçün 2016-cı ilin noyabr ayında Gümrü Dövlət Memarlıq universitetinin saxta diplomunun sürətini təqdim edib. Lakin ona qarşı açılan cinayət işi ilə bağlı araşdırılma zamanı diplomun saxta olduğu üzə çıxıb.
20 Oktyabr 2017 11:59 SiyasətErmənistanın Müdafiə Nazirliyində daha bir fırıldaqçılığın üstü açılıb. "N" saylı xüsusi təyinatlı dəstənin bölük komandirinin müavini, kiçik çavuş Arsen Tadevosyanın saxta diplomla işə düzəldiyi faktı aşkar edilib. Məlumata görə, Arsen Tadevosyan işə qəbul olmaq üçün 2016-cı ilin noyabr ayında Gümrü Dövlət Memarlıq universitetinin saxta diplomunun sürətini təqdim edib. Lakin ona qarşı açılan cinayət işi ilə bağlı araşdırılma zamanı diplomun saxta olduğu üzə çıxıb.
Qeyd edək ki, bir müddət öncə Ermənistanda pulla diplom satan bir neçə vəzifəli şəxs həbs edilmişdi. Onların arasında universitet rektoru da var idi. AzVision.az "Jogovurd" qəzetinə istinadən xəbər verir.