Gündəm

SON DƏQİQƏ: İraq ordusu ilə peşmərgə arasında müharibə yenidən alovlandı

20 Oktyabr 2017 12:26

İraqın Kərkük-Ərbil şəhərləri arasında gərginlik ən pik həddə çatıb. İki şəhər arasındakı yolda İraq ordusu ilə peşmərgə qüvvələri arasında silahlı qarşıdurma yaşanıb. İraq Kürd Muxtariyyəti qüvvələri Kərkük-Ərbil yolu üzərində torpaq yığınları yaratmaqla səngər düzəldib və yeni mövqelərdə möhkəmlənib. Bu səbəbdən magistral yolun bir tərəfi istifadəyə bağlanıb. Bölgəyə çox sayda zirehli avtomobil və əsgər gətirilib.

Şəmkirdə ikimərtəbəli ev yanıb

20 Oktyabr 2017 12:25

Şəmkir rayonunun Çinarlı qəsəbəsində vətəndaşa məxsus ikimərtəbəli evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ikimərtəbəli səkkiz otaqlı evin dam örtüyü və ikinci mərtəbəsinin yanar konstruksiyaları 216 m2 sahədə yanıb.

Avtomobildə gizlədilən mobil telefonlar aşkar edildi

20 Oktyabr 2017 12:23

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib.

“Azərbaycan bayrağı” kitabı təqdim olundu

20 Oktyabr 2017 12:22

Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub. Olaylar bildirir ki, tədbirdə müəllif Könül İmamverdiyeva kitab haqqında məlumat verib. Bildirib ki, yeni nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.

Kərkükdə GƏRGİNLİK

20 Oktyabr 2017 12:21

İtaliya Senatında Azərbaycanla bağlı tədbir keçirilib

20 Oktyabr 2017 12:19

Milli Məclisin deputatı Azər Kərimli Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfransda iştirak etmək üçün Roma şəhərində səfərdə olub.

Litva Azərbaycanı özünə strateji tərəfdaş hesab edir

20 Oktyabr 2017 12:16

Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Litva Respublikası Seyminin Sədr müavini xanım İrena Şiaulienenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən “Olaylar”a verilən məlumata görə, Spiker tərəflər arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu xüsusi qeyd edərək, bunun həyatın digər sahələrində də özünü göstərdiyini deyib.

Magistral yolda rənglənmə işləri aparılır

20 Oktyabr 2017 12:14

"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, oktyabrın 20-də və 21-də saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 6-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq. 

Leyla Əliyeva Musiqili Teatrda olub

20 Oktyabr 2017 12:13

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi və Baş redaktoru Leyla Əliyeva Azərbaycan Dövlət Musiqili Teatrında olub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, xüsusilə gənclərin yaradıcılıq fəaliyyəti ilə maraqlanan L. Əliyeva və onunla birlikdə olan qonaqlar Antuan de Sent-Ekzuperinin dünyaca məşhur əsəri əsasında hazırlanan “Balaca şahzadə” musiqili tamaşasının məşqini izləyiblər. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev qonaqlara tamaşanın yaradıcı heyətinin əsasən gənclərdən ibarət olması haqqında məlumat verib. O, qeyd edib ki, Musiqili Teatrda hər zaman gənclərə xüsusi diqqətlə yanaşılır, onlara etimad göstərilir.

Milli parklarda davranış qaydaları təbliğ ediləcək

20 Oktyabr 2017 12:12

“Bizim Gənclik” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Milli Parklarda davranış qaydaları” layihəsinin icrasına başlanılıb. “OLAYLAR”-a İctimai Birlikdən daxil olan məlumata görə, layihə əsas iki istiqamət üzrə fəaliyyət göstərəcək.

Ağdaşda sahibkarlara güzəştli kredit verilib

20 Oktyabr 2017 12:11

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir. Bu sahədə növbəti işgüzar forum Ağdaş rayonunun Qulbəndə kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, işgüzar forum çərçivəsində İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Ağdaş rayonunun iqtisadi potensialına uyğun olaraq, əkinçilik, intensiv bağçılıq, istixana və cins heyvandarlıq təsərrüfatlarının, süd və çəltik emalı müəssisələrinin, soyuducu anbarın yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

110 nəfər şübhəli saxlanıldı

20 Oktyabr 2017 12:09

Anadolu Respublika Prokurorluğunda Kaynak holdinqdə FETÖ terror təşkilatına qarşı əməliyyat aparılıb. Olaylar bildirir ki, holdinqdə aparılan əməliyyat zamanı 110 şübhəlinin ByLock istifadəçisi olduğu məlum olub. Şübhəlilərin saxlanılması üçün təhlükəsizlik qüvvələri 24 ayr- ayrı ünvanda eyni zaman da əməliyyat həyata keçiriblər.

Müsavat imititasiya ilə məşğuldur

20 Oktyabr 2017 12:09

“Müsavat partiyası yenə imitasiya ilə məşğul olur. AXCP-nin keçirdiyi kütləvi aksiyalardan kölgədə qalacağından qorxub bu dəfə də rəqabətə girməyə çalışdı”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AMİP rəsmisi Əli Orucov bildirib ki, cəbhəçilərdən fərqli olaraq müsavatçılar mitinq deyil, küçə yürüşünü seçdi: "Niyə? Çünki bilirdilər ki, hakimiyyət “Məhsul” stadionunda mitinqə icazə verəcək, amma mitinq-yürüşə yox deyiləcək.

İki şagird qətlə yetirilidi

20 Oktyabr 2017 12:09