“Azərbaycan bayrağı” kitabı təqdim olundu
Dövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın “Azərbaycan bayrağı” adlı kitabının təqdimatı olub. Olaylar bildirir ki, tədbirdə müəllif Könül İmamverdiyeva kitab haqqında məlumat verib. Bildirib ki, yeni nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
20 Oktyabr 2017 12:22 SosialDövlət Bayrağı Muzeyinin direktoru, tarix üzrə fəlsəfə doktoru Könül İmamverdiyevanın "Azərbaycan bayrağı" adlı kitabının təqdimatı olub.
Olaylar bildirir ki, tədbirdə müəllif Könül İmamverdiyeva kitab haqqında məlumat verib. Bildirib ki, yeni nəşr bayrağımızın təkamülü, inkişaf yolları və formalaşması tarixinə həsr edilib. Kitabın elmi məsləhətçisi AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçisi Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlıdır.
Nəşrin hazırlanmasında məqsəd bayrağımızın müstəqil dövlətçilik tarixində, habelə gənclərin vətənpərvərlik tərbiyəsində müstəsnalığını sistemli şəkildə oxuculara çatdırmaqdır.
Çıxış edən akademik Yaqub Mahmudov kitab haqqında fikirlərini bölüşüb. Bildirib ki, Azərbaycan ərazisində yaranmış orta əsr dövlətlərinin bir neçə bayrağının ilkin mənbələr əsasında tədqiqi və kitabda yer alması nəşrin elmi əhəmiyyətini artırıb. Milli rəmzlərimizin bərpası və qəbulunda ulu öndər Heydər Əliyevin çoxsaylı xidmətlərinin olduğunu söyləyən alim qeyd edib ki, bu gün Prezident İlham Əliyev dövlət bayrağımızın təbliği istiqamətində müstəsna işlərin həyata keçməsi üçün xüsusi göstərişlər verir.
Tədbirdə Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva, AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarix üzrə elmlər doktoru Tofiq Nəcəfli və başqaları kitabın elmi əhəmiyyətindən danışıblar.