Müsavat imititasiya ilə məşğuldur

“Müsavat partiyası yenə imitasiya ilə məşğul olur. AXCP-nin keçirdiyi kütləvi aksiyalardan kölgədə qalacağından qorxub bu dəfə də rəqabətə girməyə çalışdı”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AMİP rəsmisi Əli Orucov bildirib ki, cəbhəçilərdən fərqli olaraq müsavatçılar mitinq deyil, küçə yürüşünü seçdi: "Niyə? Çünki bilirdilər ki, hakimiyyət “Məhsul” stadionunda mitinqə icazə verəcək, amma mitinq-yürüşə yox deyiləcək.

"Müsavat partiyası yenə imitasiya ilə məşğul olur. AXCP-nin keçirdiyi kütləvi aksiyalardan kölgədə qalacağından qorxub bu dəfə də rəqabətə girməyə çalışdı". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən AMİP rəsmisi Əli Orucov bildirib ki, cəbhəçilərdən fərqli olaraq müsavatçılar mitinq deyil, küçə yürüşünü seçdi: "Niyə? Çünki bilirdilər ki, hakimiyyət "Məhsul" stadionunda mitinqə icazə verəcək, amma mitinq-yürüşə yox deyiləcək. İcazə verilən mitinqə isə Müsavatın iştirakçı çıxartmağa gücü yoxdur. Ona görə də cavabı əvvəcdən "yox" olan taktika seçməklə, həm cəbhə ilə rəqabətdə uduzmağını ört-basdır etmək, həm günahı hakimiyyətin üzərinə atmaq, həm də özünü konstruktiv göstərmək məqsədi güdürdü. Yəni Müsavat partiyası gücü çatmayan daşın altına özünü verməklə, günahı gücsüzlüyündə deyil, daşın ağırlığına qoymaq istəyir". ƏIi Orucov deyib ki, həmişəki kimi həm özlərini duruya çıxarmaq, həm də günahı başqalarının üstünə atmaq taktikası: "Yürüşün marşurutu da "yox" cavabı üçün bilərəkdən seçilmişdı. Cənablar, ya qərarlarınızda ciddi olun və arxasında durmağa öyrəşin, ya da siyasəti, siyasi prosesləri oyun-oyuncağa çevirib, daha artıq gözdən salmayın. Bu cür bəsit oyunlarla, bleflərlə cəmiyyəti aldatmaq cəhdləri yetər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31