Gündəm

3 futbolçu İspaniya millisindən gedir

20 Oktyabr 2017 13:24

İspaniya millisinin aparıcı futbolçuları Serxio Ramos, Xerard Pike və Serxio Buskets yığmadan gedə bilərlər. Buna səbəb İspaniya Futbol Federasiyasının prezidentiXuan Luis Larreanın qərarıdı.

Xatunla Elşad davasına Oksana qoşuldu: "Xosenin dırnağı qədər ağlın yoxdur"

20 Oktyabr 2017 13:21

"Maşın" şouda yer alan müğənni Xatun Əliyeva və reper Elşad Xose qalmaqalına rəqqasə Oksana Rəsulova da qoşulub. Oksana keçmiş həyat yoldaşı Elşadın ünvanına Xatunun dediyi sözlərə sərt reaksiya verib: "Bağışlayın, artıq susa bilmirəm. "Mənim sənin qədər işçim var" nə cümlədir? Xatun, sənin Elşad Xosenin dırnağı qədər ağlın olsaydı, sən bu sözü deməzdin. Hər gün qoruyub saxladığınız Mehriban Xanlarovaya nə oldu?

"Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib"

20 Oktyabr 2017 13:08

ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri Ceyms Uorlik həmsədr olduğu dövrlərdə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ədalətli çıxışlar edib və düzgün bəyanatlar verib.

Ərəb ölkələri Azərbaycandan bir sıra güzəştlər xahiş edib

20 Oktyabr 2017 13:02

"Körfəz ərəb ölkələri Əməkdaşlıq Şurasının Ticarət Palataları Federasiyası Azərbaycana ikiqat vergiqoymanı ləğv etməyi, ərəb ölkələrindən məhsul idxalına gömrük rüsumlarını azaltmağı və ölkələr arasında maliyyə əməliyyatlarını sadələşdirməyi təklif edib".

Muğam Mərkəzində “Bahariyyə. Muğam müasirliklə dialoqda” adlı konsert

20 Oktyabr 2017 12:59

Muğam Mərkəzdə V Beynəlxalq Xalça Simpoziumunun mədəni proqramı çərçivəsində “Bahariyyə. Muğam müasirliklə dialoqda”-dahi Azərbaycan şairi və filosofu İmaməddin Nəsiminin xatirsinə həsr olunmuş muğam konserti keçirilib. Olaylar bildirir ki, Konsertdən əvvəl layihənin rəhbəri Cahangir Səlimxanov layihə haqqında məlumat verərək bildirdi ki, muğam haqqında qısa danışmaq qeyri-mümkündür. Layihə, eksprimental və qeyri adi musiqi janrlarını özündə ehtiva edir. “Bahariyyə” layihəsində muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan keçdiyi konsert proqramıdır. “Bahariyyə” adlı layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun “Azərbaycan”  kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər görkəmli tarzənlər Hacı Məmmədov, Bəhram Mansurov, Əkrəm Məmmədov və Ağasəlim Abdullayevin lentə alınmiş ifası ilə dialoq . Avropa bəstəkarlarından fraqmentlər ümumilikdə 42 fraqmentdən ibarət 5 peyzaj daxildir.

Oqtay Əsədov: “Elə bil lotereya oynayırlar”

20 Oktyabr 2017 13:00

“Avropa Şurası Parlament Assambleyasının sessiyasında Azərbaycan əleyhinə qətnaməyə Ukraynanın hakim partiyasından olan deputatlar səs verməsə də, bitərəf qalıb. Bu da, məncə, doğru addım deyil”.

Rusiya "Taliban"ı maliyyələşdirir? - Sensasiyalı iddia

20 Oktyabr 2017 12:57

"Əfqanıstandakı "Taliban" hərəkatının maliyyə mənbələri arasında Rusiya da var. Bəli, bu belədir və "Taliban" rəhbərliyi də faktı təsdiqləyir. Britaniyanın nüfuzlu The Times qəzeti "Russia funds Taliban in war against Nato forces" ("Rusiya "Taliban"ı NATO-ya qarşı savaşda maliyyələşdirir") məqaləsində belə iddia ilə çıxış edib.

Ərdoğan: "D-8-in tərkibi genişlənməlidir"

20 Oktyabr 2017 12:53

D-8-in ("İnkişafda olan səkkizlər") tərkibi genişlənməlidir. Bunu İstanbulda D-8 sammitində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, D-8 ölkələri arasında iqtisadi və siyasi əlaqələr genişlənməlidir və bu ölkələr ticarətdə milli valyutalardan istifadə etməlidir.

Prezident İlham Əliyev İstanbulda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşündə iştirak edir

20 Oktyabr 2017 12:51

Oktyabrın 20-də İstanbulda inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşü işə başlayıb.

Deputatlığa namizəd azərbaycanlının və yaxınlarının güllələnməsi ilə bağlı RƏSMİ MƏLUMAT - YENİLƏNDİ

20 Oktyabr 2017 12:49

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) hakim "Gürcü Arzusu" Partiyasının Marneuli rayonunun Qızılhacılı kəndi üzrə bələdiyyə üzvlüyünə namizədi Ceyhun Çovdarov və onu müşayiət edən üç nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb.

“O Səs Türkiyə” münsifindən İNANILMAZ açıqlama: “Hamımız irqçilik edə bilərik”

20 Oktyabr 2017 12:44

“O Səs Türkiyə” yarışmasında münsif kürsüsündə oturan Gökhan Özoğuz Yıldız Tilbenin iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsiylə bağlı açıqlama verib.  Müğənni belə bir hadisə yaşanmadığını deyib: "Nə mübahisə olub, nə də Yıldız Tilbe irqi-ayrıseçkilik edən insandır. Hamımız irqçi ola bilərik, lakin Yıldız ola bilməz" dedi.

Sumqayıtda iranlı tələbəni öldürən dəstənin qadın üzvü həbs edilib

20 Oktyabr 2017 12:42

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşlarının yüksək peşəkarlıqla birgə həyata keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində son bir neçə ayda şəxsiyyət əleyhinə olan ağır və xüsusilə ağır cinayətlər törətməkdə şübhəli bilinən mütəşəkkil cinayətkar dəstənin üzvləri ifşa edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 12-də üzərində zorakılıq əlamətləri olan İran İslam Respublikasının vətəndaşı Mohtati Saman Nemat oğlunun meyiti yaşadığı Sumqayıt şəhəri, Novxanı bağlar massivindəki evində aşkar olunub. Daxil olan məlumat əsasında şəhər prokurorluğu və Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

ABUC layihə üzrə yekun mətbuat konfransı keçirdi

20 Oktyabr 2017 12:37

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən   “ Aprel döyüşlərinin  qəhrəmanlıq  nümunələrinin təbliği ” layihəsinin yekun mətbuat konfransı  keçirdi.

Rusiya oğurluq edən iki azərbaycanlı tutulub

20 Oktyabr 2017 12:32

Sankt-Peterburqun hüquq-mühafizə orqanlarının əməkdaşları zərgərlik mağazalarını yaran dəstəni ələ keçirib. Dəstə dörd nəfərdən ibarət olub.  Cinayətkar dəstənin dörd üzvündən ikisi qanunsuz şəkildə Peterburqda yaşayan iki Azərbaycan vətəndaşı olduğu üzə çıxıb.

Səməd Seyidov: “Azərbaycanı Avropa Şurası kimi vacib tribunadan məhrum etmək istəyirlər"

20 Oktyabr 2017 12:28

AŞPA-nın son sessiyası başqa sessiyalardan fərqli olaraq bizim üçün o qədər də asan keçmədi. Bu, yalnız Azərbaycanla bağlı hazırlanan sənədlə bağlı deyildi”. “Olaylar” xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisin iclasında AŞPA-nın son sessiyası barədə danışarkən deyib.