Muğam Mərkəzində “Bahariyyə. Muğam müasirliklə dialoqda” adlı konsert

Muğam Mərkəzdə V Beynəlxalq Xalça Simpoziumunun mədəni proqramı çərçivəsində “Bahariyyə. Muğam müasirliklə dialoqda”-dahi Azərbaycan şairi və filosofu İmaməddin Nəsiminin xatirsinə həsr olunmuş muğam konserti keçirilib. Olaylar bildirir ki, Konsertdən əvvəl layihənin rəhbəri Cahangir Səlimxanov layihə haqqında məlumat verərək bildirdi ki, muğam haqqında qısa danışmaq qeyri-mümkündür. Layihə, eksprimental və qeyri adi musiqi janrlarını özündə ehtiva edir. “Bahariyyə” layihəsində muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan keçdiyi konsert proqramıdır. “Bahariyyə” adlı layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun “Azərbaycan”  kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər görkəmli tarzənlər Hacı Məmmədov, Bəhram Mansurov, Əkrəm Məmmədov və Ağasəlim Abdullayevin lentə alınmiş ifası ilə dialoq . Avropa bəstəkarlarından fraqmentlər ümumilikdə 42 fraqmentdən ibarət 5 peyzaj daxildir.

Muğam Mərkəzdə V Beynəlxalq Xalça Simpoziumunun mədəni proqramı çərçivəsində "Bahariyyə. Muğam müasirliklə dialoqda"-dahi Azərbaycan şairi və filosofu İmaməddin Nəsiminin xatirsinə həsr olunmuş muğam konserti keçirilib. Olaylar bildirir ki,

Konsertdən əvvəl layihənin rəhbəri Cahangir Səlimxanov layihə haqqında məlumat verərək bildirdi ki, muğam haqqında qısa danışmaq qeyri-mümkündür. Layihə, eksprimental və qeyri adi musiqi janrlarını özündə ehtiva edir.

"Bahariyyə" layihəsində muğam sənətinin yazılı və elektron səslər vasitəsilə yeddi dinamik qarşılaşmadan keçdiyi konsert proqramıdır. "Bahariyyə" adlı layihədə tətbiq edilmiş musiqili istinadlara Fikrət Əmirovun "Azərbaycan"  kapriççiosunun mövzusu, müasir caz, hip-hop və digər musiqi janrlarından çoxlu məqamlar, canlı solo tarla bərabər görkəmli tarzənlər Hacı Məmmədov, Bəhram Mansurov, Əkrəm Məmmədov və Ağasəlim Abdullayevin lentə alınmiş ifası ilə dialoq . Avropa bəstəkarlarından fraqmentlər ümumilikdə 42 fraqmentdən ibarət 5 peyzaj daxildir.

Təqdim edilən konsert proqramında ifa sənədli səsli mənzərə- səs sənətçisi Peter Cusack tərəfindən toplanmış Bakı ətrafı səslər, "Nasa" təşkilatının "Voyager" kosmik gəmisi tərəfindən qeydə alınmış Saturn planetinin titrəyişlərindən ibarət olan kolleksiya ilə başlanır. Dünyaca məşhur video sənət ustası Robert Cahen və Matias Guerranın Azərbaycanın xəyali musiqi mənzərəsindən ilhamlanaraq yaratdıqları videoəsər konsert boyu ifanı müşayiət edir.

Qeyd edək ki, layihənin rəhbəri art menecer Cahangir Səlimxanov, ifaçılar Əməkdar artistlər Teyyub Aslanov , Əliağa  Sədiyev, Şirzad Fətəliyev, Kamran Kərimov və Elnur Mikayılovdur. Səs tərtibatçısı Fərhad Fərzalı, konsepsiya Vilayət Qəhrəmanzadədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31