“O Səs Türkiyə” münsifindən İNANILMAZ açıqlama: “Hamımız irqçilik edə bilərik”
“O Səs Türkiyə” yarışmasında münsif kürsüsündə oturan Gökhan Özoğuz Yıldız Tilbenin iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsiylə bağlı açıqlama verib. Müğənni belə bir hadisə yaşanmadığını deyib: "Nə mübahisə olub, nə də Yıldız Tilbe irqi-ayrıseçkilik edən insandır. Hamımız irqçi ola bilərik, lakin Yıldız ola bilməz" dedi.
20 Oktyabr 2017 12:44 Dünya"O Səs Türkiyə" yarışmasında münsif kürsüsündə oturan Gökhan Özoğuz Yıldız Tilbenin iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsiylə bağlı açıqlama verib. Müğənni belə bir hadisə yaşanmadığını deyib: "Nə mübahisə olub, nə də Yıldız Tilbe irqi-ayrıseçkilik edən insandır. Hamımız irqçi ola bilərik, lakin Yıldız ola bilməz" dedi. Məlumat üçün bildirək ki, bu yaxınlarda Türkiyə mətbuatında Yıldız Tilbenin "O Səs Türkiyə" proqramında iştirakçılara qarşı irqi-ayrıseçkilik etməsi ilə bağlı xəbərlər yayılmışdı. Hətta buna görə Gökhanla Yıldız arasında qalmaqal yaşanmış, çəkilişlərin ləğv edildiyi iddia olunmuşdu. Yıldız Tilbe bu xəbərləri təkzib etmişdi. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir.