Putin səhvini etiraf etdi: “Sizə etibar edirdik”

Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas səhvini açıqlayıb. Bu barədə prezident “Valday” diskussiya klubunun toplantısında bildirib. “Qərblə münasibətlərdə əsas səhvimiz ondadır ki, biz sizə həddindən çox etibar edirdik. Sizin səhviniz bundan ibarətdir ki, bu etibarı zəif cəhət kimi qəbul etdiniz və ondan sui-istifadə etdiniz”, - deyə Rusiya prezidenti vurğulayıb.

Rusiya prezidenti Vladimir Putin Qərblə münasibətlərdə ölkəsinin əsas səhvini açıqlayıb.
Bu barədə prezident "Valday" diskussiya klubunun toplantısında bildirib. "Qərblə münasibətlərdə əsas səhvimiz ondadır ki, biz sizə həddindən çox etibar edirdik. Sizin səhviniz bundan ibarətdir ki, bu etibarı zəif cəhət kimi qəbul etdiniz və ondan sui-istifadə etdiniz", - deyə Rusiya prezidenti vurğulayıb.  Putin Qərblə münasibətlərdə bu səhifəni bağlamağı və münasibətləri qarşılıqlı hörmət və tərəflərə bərabərhüquqlu tərəfdaş münasibəti ilə yanaşaraq qurmağa çağırıb.  AzVision.az "Tv Zvezda" telekanalına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31