Qədim yurd yerləri də aşkar edildi - Yardımlıda

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Anar Ağalarzadə başçılıq etdiyi arxeloji ekspedisiya Yardımlı rayonu ərazisində yeni abidələr aşkar ediblər. Olaylar bildirir ki, qazıntılar Sarıbulaq yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşmiş çoxlu sayda qəbir abidələrində, həmçinin müxtəlif struktura malik kurqan və daş qutu qəbirlərində aparılıb.

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Anar Ağalarzadə başçılıq etdiyi arxeloji ekspedisiya Yardımlı rayonu ərazisində yeni abidələr aşkar ediblər. Olaylar bildirir ki, qazıntılar Sarıbulaq yaylaqlarında, dəniz səviyyəsindən 2000 m yüksəklikdə yerləşmiş çoxlu sayda qəbir abidələrində, həmçinin müxtəlif struktura malik kurqan və daş qutu qəbirlərində aparılıb. Kurqanlarda aparılmış arxeoloji qazıntılar zamanı çoxlu sayda saxsı fraqmentləri, əmək alətləri, ocaq yeri və heyvan sümüklərinə rast gəlinib. Ehtimal olunur ki, bunlar ritual xarakterli dəfn abidələri olub və həm son tunc - ilk dəmir dövrü, həm də bölgə üçün xarakterikdir.
A.Ağazadə bildirib ki, ərazidə 2 tip kurqan - daş örtüklü və ətrafı kromleksli kurqan, dəfn kamerası daş qutu tipli kurqan mövcud olub. Bütün bu müxtəliflik bölgədə e.ə. II minilliyin sonu - I minilliyin əvvəlində (son tunc-ilk dəmir dövrü) aran-yaylaq maldarlıq təsərrüfatı ilə məşğul olan insanların mənəvi mədəniyyəti və dəfn adətlərinin izlənilməsi üçün əhəmiyyətli faktlardır.
Arxeoloq qəbir abidələrindən götürülmüş kömür qalıqları və heyvan sümüklərinin müvafiq laboratoriyalara təqdim edildiyini söyləyib. O, arxeoloji tədqiqatların ən böyük əhəmiyyətinin ərazidən son tunc-erkən dəmir dövrü kurqan tipli abidələrin aşkarlanması olduğunu qeyd edib.
A.Ağalarzadənin sözlərinə görə, arxeoloji tədqiqatlar zamanı bölgədə yerləşən Elbəyi, Cəlalyurdu, Şahnişin, Dərəkeçməz yaylaqlarında qədim yurd yerləri də aşkar edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31