Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir

“Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahənin qanunvericilik bazası da daim nın təkmilləşdirilir”. “OLAYLAR”-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir. Onun sözlərinə görə,  Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında sosial sahədə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.

"Azərbaycanda dövlət quruculuğu, iqtisadi, sosial sahələrdə mühüm islahatlar həyata keçirilir. Bu baxımdan, sosial sahənin qanunvericilik bazası da daim nın təkmilləşdirilir". "OLAYLAR"-ın yap.org.az-a istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib. Bildirib ki, Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet istiqamətlərdəndir. Bunun nəticəsidir ki, ölkədə uğurlu sosial siyasət həyata keçirilir. Onun sözlərinə görə,  Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin son iclasında sosial sahədə həyata keçirilən siyasətin əhəmiyyəti vurğulanıb.

"Ümumiyyətlə, sosial siyasətin bütün qollarında müsbət meyillər özünü göstərir. Azərbaycanda  dövlət siyasətinin əsas xətti ölkə vətəndaşlarının sosial durumunu yaxşılaşdırmaqdan ibarətdir. Bu yaxşılaşdırmanın özü də ardıcıl olaraq, insanın sosial tələbatının artırılmasına xidmət edir. İnsanların tələbatları ödənə-ödənə yeni tələbatlar meydana çıxır. Bu isə inkişafın ən vacib məqamıdır. Ona görə də, biz bu gün Azərbaycanda gedən bu müsbət dəyişiklikləri xüsusi vurğulamalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31