Kurık limanı Gəmiçiliyi mükafatlandırıb

Qazaxıstanın Kurık limanından Yeni Bakı limanına  göndərilən yükün həcmi bir milyon tona çatdırılıb. Bu münasibətlə limanda təntənəli mərasim keçirilib. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə,  limanın baş direktoru Mirzabek Sakdaqanov peşəkar xidmət göstərməsinə görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinin “Təşəkkürnamə”yə  layiq görüldüyünü deyib.  “Təşəkkürnaməni” qəbul edən “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin kapitanı Abuzər Həsənov  Gəmiçiliyin bərələrinə göstərilən etimada görə, Kurık limanının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bundan sonra da Xəzər üzərindən tranzit yükdaşımalarda bacarıqlarından maksimum dərəcədə  istifadə edəcəklərini deyib.

Qazaxıstanın Kurık limanından Yeni Bakı limanına  göndərilən yükün həcmi bir milyon tona çatdırılıb. Bu münasibətlə limanda təntənəli mərasim keçirilib. "OLAYLAR"-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə,  limanın baş direktoru Mirzabek Sakdaqanov peşəkar xidmət göstərməsinə görə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəhbərliyinin "Təşəkkürnamə"yə  layiq görüldüyünü deyib.  "Təşəkkürnaməni" qəbul edən "Akademik Zərifə Əliyeva" gəmi-bərəsinin kapitanı Abuzər Həsənov  Gəmiçiliyin bərələrinə göstərilən etimada görə, Kurık limanının rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirib. Bundan sonra da Xəzər üzərindən tranzit yükdaşımalarda bacarıqlarından maksimum dərəcədə  istifadə edəcəklərini deyib.

Kurık limanı 2016-cı ildə istismara verilib. Ümumi sahəsi 40 hektar olan liman əlverişli coğrafi mövqeyə malikdir.  Burada suyun dərinliyi böyük tutumlu gəmilərin yan almasına imkan verir.   Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas tərkib hissəsindən biri sayılan Kurıkdən yüklər Azərbaycan və Gürcüstandan keçərək Avropaya göndərilir. Məlumat üçün deyək ki, Kurıkdan ilk yola salınan gəmi də ölkəmizə məxsus olub. 2016-cı ilin dekabrın 7-də sınaq mərhələsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Şahdağ" gəmi-bərəsi istifadə edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31