"Qadınların ərlərinin telefonuna baxması haramdır"

Misirin "Darül-Fitva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Misirin "Darül-Fitva" tədris mərkəzinin müftisi şeyx Amru Vardani qadının öz həyat yoldaşının telefonuna icazəsiz baxmasının haram olduğunu bildirib.

Məlumata görə, tanınmış müfti bildirib ki, qadının öz ərinin telefonunu "təftiş etməsi" haramdır və qəbuledilməz addımdır. A. Vardani qeyd edib ki, bu addım bir çox ailələrin dağılmasına səbəb olduğu üçün müvafiq fitvanı verib. Müftinin bu bəyanatı Misirdə qadınlar tərəfindən etirazla, kişilər tərəfindən isə alqışla qarşılanıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31