Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Bakıda
Polşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Mədəniyyət və İncəsənət Universitetində olublar. Qonaqları ilk olaraq Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib. Olaylar bildirir ki, Görüşdə rektor Universitetin Kino və televiziya, Aktyor sənəti fakültələri, SABAH Mərkəzi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib.
19 Oktyabr 2017 15:36 MədəniyyətPolşanın Adam Miskeviç İnstitutunun nümayəndələri Mədəniyyət və İncəsənət Universitetində olublar. Qonaqları ilk olaraq Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva qəbul edib.
Olaylar bildirir ki, Görüşdə rektor Universitetin Kino və televiziya, Aktyor sənəti fakültələri, SABAH Mərkəzi, tədris olunan ixtisaslar, beynəlxalq əməkdaşlıq, tələbələrimizin müxtəlif beynəlxalq festivallarda, müsabiqələrdə iştirakı və uğurları haqqında ətraflı məlumat verib.
Adam Miskeviç İnstitutunun nümayəndələri İrena Fedorkova və Monika Qroxovskaya da öz növbəsində Polşanın kino və teatr sahəsi ilə bağlı olan ali təhsil ocaqları, təhsil proqramları, beynəlxalq tələbə festivalları və s. barəsində söhbət açıblar.Qarşılıqlı olaraq hər iki ölkənin professor-müəllim heyətinin birlikdə əməkdaşlığı, tələbələr üçün klassik repertuarın müasir formada səhnələşdirilməsi, seçilmiş polyak yazıçıların pyeslərinin Azərbaycan dilinə tərcümə olunaraq tələbələr tərəfindən ifası və tələbələrimizin festivallarda könüllü kimi iştirakı haqqında geniş müzakirələr aparılıb.
Sonda SABAH Mərkəzinin rəhbəri Böyükxanım Məmmədbəyova qonaqları SABAH qrupları üçün ayrılan auditoriyalar və Universitet ilə yaxından tanış edib, Aktyor sənəti fakültəsinin müəllimi, dosent Məmmədsəfa Qasımovun dərsində iştirak ediblər.