Siyasi riyakarlıq Serj Sarkisyanın qanına hopub
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrə görüşündən hansısa müsbət nəticə gözləyənlərin ehtimalı puça çıxdı. Daha doğrusu Ermənistan prezidenti Serj Sarkisyan bütün razılaşmanın ziddinə olaraq sərsəm bəyənatı ilə danışıqlar prosesini pozmaqda davam etdiyini sübut etdi. Siyasi analitiklər hesab edirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayaq nöqtəsindən tərpənməsi üçün yaxşı imkan ola bilərdi. Çünki, sözügedən görüş həm münaqişə, həm də vasitəçilər tərəfindən razılaşdırıldığından ali səviyyəli bir görüş idi.
19 Oktyabr 2017 15:48 SiyasətHərbi cinayətkar hələ də öz ampulasından əl çəkmir
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan Cenevrə
görüşündən hansısa müsbət nəticə gözləyənlərin ehtimalı puça çıxdı. Daha doğrusu Ermənistan prezidenti Serj Sarkisyan bütün razılaşmanın ziddinə olaraq sərsəm bəyənatı ilə danışıqlar prosesini pozmaqda davam etdiyini sübut etdi. Siyasi analitiklər hesab edirlər ki, Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirilən görüşü Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayaq nöqtəsindən tərpənməsi üçün yaxşı imkan ola bilərdi. Çünki, sözügedən görüş həm münaqişə, həm də vasitəçilər tərəfindən razılaşdırıldığından ali səviyyəli bir görüş idi. Lakin işğalçı Ermənistanın hər zaman olduğu kimi bu dəfə də qeyri-konstruktiv mövqe nümayiş etdirməsi bu görüşün də nəticələrini şübhə altına almış oldu. Nəzərə almaq lazımdır ki, görüşdə əsas müzakirələrin təmas xəttində atəşkəs rejiminin makssimum qorunub saxlanmasına yönəlməsi hələlik bəlli olan nəticələrdəndir. Atəşkəs rekiminin qorunması isə heç bir halda münaqişənin həll edilməsi anlamına gələ bilməz. Üstəlik Ermənistan prezidentinin görüşdən dərhal sonra razılaşmanı pozması ümidləri heçə endirmiş olur. İşğalçı dövlətin başçısının bundan sonra da riyakarlıq edəcəyi, kompromisə gəlməyərək danışıqlar prosesini uzadacağı istisna edilmir. Ən azından ona görə ki, hərbi xunta rəhbəri Serj Sarkisyan siyasi riyakarlıq xəstəliyinə tutulması hamıya aydındır.
Milli Məclisin deputatı Tahir Kərimli deyib ki, prezidentlərin Cenevrə görüşündən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin birgə bəyanatı oldu və orada görüşlərlə bağlı ümumi tendensiya- yəni tərəflərin danışıqları intensivləşdirməsi, iki tərəfli görüşlərin davam etdirilməsi məsələləri əks olunmuşdu. Digər məsələlər isə açıqlanmadı. Çünki, diplomatik ənənəyə görə, danışıqlar konfidensial olur və eyni zamanda da görüşlərdə də müəyyən edilmiş məsələlərdən başqa heç bir məsələ açıqlanmır. Amma Ermənistan prezidenti hər zamankı kimi, danışıqların qaydasını pozaraq açıq şəkildə sayıqlamağa başladı. Onun sözlərinə görə, Sarkisyanın yalan, razılaşdırılmayan, deyilməyən məsələlərlə bağlı sərsəm bəyanatlar verməsinin əsas məqsədi auditoriyasını sakitləşdirməkdir: "Halbuki birtərəfli qaydada belə bəyanat vermək diplomatik etikanın, davranışın pozulması deməkdir. Sarkisyan Ermənistan cəmiyyətini çaşdırmaq üçün guya danışıqlarda Dağlıq Qarabağın gələcək müstəqilliyi, onun Ermənistana birləşdirilməsi istiqamətində taktiki addımlar atdığını təlqin etmək istəyir". T. Kərimli qeyd edib ki, Sarkisyan hər vəchlə Dağlıq Qarabağ münaqişəsinin həllində status-kvonu saxlamaqda maraqlıdır: "Azərbaycan Prezidenti İlham Əliyev, eləcə də digər dövlət başçıları da dəfələrlə bildiriblər ki, münaqişənin həllində status-kvo saxlanıla bilməz. O, mütləq şəkildə dəyişdirilməlidir. Lakin Sarkisyan hər vəchlə bunu saxlamaqda maraqlıdır. Çünki, onlar Azərbaycan ordusunun hərbi əməliyyata başladığı zaman bundan istifadə edərək səs küy yaratmaq, böyük dövlətləri ölkəmizin üzərinə salaraq guya bizim sülhsevər olmadığımızı, məsələnin hərbi yolla həllinə üstünlük verdiyimizə inandırmaq istəyirlər. Sarkisyan yaxşı bilir ki, diplomatik əl, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bütün təşkilatlar, dövlətlər Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Belə olan halda, Azərbaycan istənilən vaxt öz torpaqlarında olan separatçıları uzaqlaşdıra, cəzalandıra və suverenliyini bərpa edə bilər". Deputat həmçinin bildirib ki, düşmən ölkə prezidenti münaqişənin diplomatik yolla həllinin ona zərər vuracağını anlayır: "Sarkisyan danışıqlara təzyiqlər əsasında gəlmişdi və hər bir danışığın Azərbaycanın ərazi bütövlüyünün təmini ilə bitəcəyini bilən düşmən ölkə başçısı yenidən bu danışıqları pozmaq üçün yalan bəyanatlar verməyə başlayıb. Amma onu da qeyd edək ki, Sarkisyan bu cür yalanları tək başına deyil, ATƏT-in Minsk qrupuna daxil olan həmsədr dövlətlərə arxayın olduğu üçün səsləndirə bilir". Millət vəkili Elman Nəsirov isə deyib ki, Serj Sarkisyan hələ də öz ampluasından əl çəkmir. Onun sözlərinə görə, Sarkisyan görüşdə səsləndirdiyi fikirlərin tam əksinə addım atan və sözünün üstündə dayanmayan bir prezident kimi tanınır: "O, bir tərəfdən Azərbaycan Prezidenti ilə danışıqlarda sülh prosesində, gərginliyin aradan qaldırılmasında maraqlı olduğunu deyir, konstruktiv danışıqlardan söz açır, digər tərəfdən isə öz sözlərinin əksinə hərəkət edir. O, hələ də 1988-ci illərin ab-havasındadır. Sarkisyan bilir ki, Dağlıq Qarabağ Azərbaycanın əbədi və tarixi ərazisidir, ayrılmaz hissəsidir. Amma o, qeyri-konstruktiv mövqeyini qoruyub saxlamaq istəyir. Ermənistanda qarşıdan prezident seçkiləri gəlir. Sarkisyan bilir ki, Dağlıq Qarabağ problemi onun gələcək karyerasında mühüm rol oynayır. Ona görə də o, bu cür sərsəm bəyanatlar verməkdə davam edir".
İndi söz münaqişəni dinc yolla nizamasalmaq missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunundur. Çünki prezidentlərin görüşü məhz onların israrlı təkidi ilə baş tutub, üstəlik görüşonların himayəsi altında keçib. Nəzərə almaq lazımdır ki, Azərbaycan dəfələrlə bəyan edib ki, görüş xatirinə görüşün keçirilməsi təfərdarı deyil. Bu görüş isə aşıq şəkildə göstərdi ki, Ermənistan ya vasitəçilərin təsiri, ya da erməni lobisinin təzyiqi ilə danışıqlar masasına əyləşir. Sonda isə vərdişinə sadiq qalaraq özünü sığortalamaq məqsədilə siyasi riyakarlığa əl atır. Onu da nəzərə almaq lazımdır ki, problemin hərbi yolla həllinə cəhd ermənilər üçün haradasa məqbul variant hesab edilə bilər. Çünki, silah səsindən təşvişə düşən ermənilər tumanlarını başına çəkib şüvən qoparmaqda pərgərdirlər. Deməli, Ermənistanın kompromisə gəlməsi üçün mütləq və mütləq beynəlxalq təzyiqə ehtiyac var.
Alim