Avtomobildə sıxılmış vəziyətdə qalmış şəxs xilas edilib
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Günəşli kəndi ərazisində “Shacman” və “Mercedes” markalı yük avtomobiliəri toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər “Shacman” markalı yük avtomobilində xəsarət almış 1 nəfəri çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.
19 Oktyabr 2017 15:54 SosialBöhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şabran rayonu, Günəşli kəndi ərazisində "Shacman" və "Mercedes" markalı yük avtomobiliəri toqquşmuşdur. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər "Shacman" markalı yük avtomobilində xəsarət almış 1 nəfəri çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat başa çatmışdır.