Xarici şirkətlər vətəndaşların əmək hüquqlarını pozur
Son vaxtlar müşahidə edilən mənfi tendensiyalardan biri də vətəndaşların əmək hüquqlarının pozulmasıdır. Özü də bu mənfi hal daha çox ölkə ərazisində fəaliyyət göstərən xarici şirkət və firmalarda özünü büruzə verir. Dəfələrlə bu istiqamətdə ciddi tədbirlər görülsə, hətta adrministrativ metodlarla sözügedən problemin qarşısının alınması istiqamətində addımlar atılsa da, lakin hələ də belə mənfi hallar yaşanmaqdadır.
19 Oktyabr 2017 14:59 SosialSon vaxtlar müşahidə edilən mənfi tendensiyalardan biri də vətəndaşların əmək hüquqlarının pozulmasıdır. Özü də bu mənfi hal daha çox ölkə ərazisində fəaliyyət göstərən xarici şirkət və firmalarda özünü büruzə verir. Dəfələrlə bu istiqamətdə ciddi tədbirlər görülsə, hətta adrministrativ metodlarla sözügedən problemin qarşısının alınması istiqamətində addımlar atılsa da, lakin hələ də belə mənfi hallar yaşanmaqdadır. Elə müstəqil ekspert Samir Zeynalov da bu qənaətdədir. O, bildirib ki, bazar iqtisadiyyatına keçid prosesində ölkəmizdə qeyri-neft sektorunun stimullaşdırılması istiqamətində azad sahibkarlığın inkişafına verilən dəstəyin sosial-iqtisadi töhvəsinə baxmayaraq liberal iqtisadi sahə ilə əlaqədar olaraq ölkəmizdə vətəndaşların əmək hüquqları ilə bağlı çox ciddi qanun pozuntuları öz mövcudiyyətini qoruyub saxlamaqdadır: "Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərin əksəriyyəti işə qəbul prosesində vətəndaşların yalnız ştat-kateqoriya üzrə 10 faizi ilə əmək müqaviləsi digər qismi ilə isə mülki-hüquqi müqavilə bağlayırlar. İkinci tip müqavilə bağlanılmasına məcbur olan sosial çətinliklər sahibi olan şəxslərdə heç bu durumun hüquqi aspektlərini, ona olan fayda və zərərlərini gözdən keçirmədən yalnız daxil olacağı iş maddi rifah baxımından özünə məcbur hesab edir, yəni ümumiyyətlə qarşılıqlı hüquqi öhdəliklər haqqında heç bir fikir sərf etmək niyyətində olmur. Əslində min bir əziyyətlə iş tapan vətəndaşlarımızın bu durumu başa düşülən bir durumu başa düşülən olması ilə bərabər işəgötürənlərin üzərində baxımdan çox ciddi qanuni məsuliyyət yaranır. Qeyd etmək lazımdır ki, Azərbaycanda işçi ilə işəgötürən arasında münasibətlər məhz Əmək Məcələsi ilə bu məcələnin normativləşdirdiyi əmək müqaviləsi ilə tənzimlənir". Samir Zeynalov deyir ki, Əmək Məcəlləsinin şərtlərinə uyğun bağlanmış əmək müqaviləsində (xüsusən də Əmək Məcəlləsinə 1 saylı əlavəyə uyğun) isə işçilərin mövcud qanunvericiliklə müəyyən edilmiş şərtlərlə və qaydada pensiya təminatı, sosial müdafiə olunması, məzuniyyət haqqı, güzəşt və imtiyazları təmin edilir, o cümlədən işçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə sosial sığorta hesabına müavinət verilir: "Mülki-hüquqi müqavilələrlə işləyən işçilərə isə Əmək Məcəlləsi şamil edilmir və bu səbəbdən də bu müqavilə əsasında işləyən işçilərin əmək qabiliyyətini müvəqqəti itirmələri ilə əlaqədar müavinətlər almaq hüququ yoxdur. Qeyd etmək lazımdır ki, podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənir. Mülki-hüquqi müqavilə əsasında işləyən fiziki şəxslər qarşılıqlı razılaşma əsasında bu növ müqavilələrlə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar müavinətlərin ödənilməsi barədə şərt daxil etdikləri halda bu cür imtiyazlardan istifadə edə bilərlər. Son dövrlərdə bəzi şirkətlər (xüsusən də PSL Şirkəti) işçiləri bu hüquqlarından məhrum etmək məqsədi ilə Əmək Məcəlləsinin şərtlərini kobud surətdə pozaraq işçilərlə əmək müqaviləsi deyil, podrat müqaviləsi bağlayırlar ki, bu da işçilərin Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş yuxarıda göstərilən hüquqlarının pozulması ilə nəticələnir. Yaranmış kütləvilik xarakteri daşıyan bu acınacaqlı situasiya Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin tələblərinə qarşı sosial mühitin timsalında laqeyidliyin təzahürüdür. İşəgötürən işçi ilə mahiyyətcə əmək müqaviləsinə uyğun olan işə görə mülki-hüquqi bağlayaraq onu məcburi əməyə cəlb etməklə qanun pozuntusuna yol verməsi işçi qarşısında öhdəliklərdən azad olmaq üçün edilən sosial məsuliyyətə qarşı başlıca təhdiddir. Bu durum hazırki vəziyyətdə milyonlarla vətəndaşımızın gələcəyinə zərər vurumaqla yanaşı, dövlətimizin vergi siyasətinə də neqativ maliyyə təsiri göstərir. Hesab edirəm ki, gecikmədən və bu problemin dərinləşməsinə imkan yaratmadan Əmək və Əhalinin Sosial Müdafiəsi və Vergilər Nazirliyi müəssisələrdə reydlər aparmaq, vətəndaşları sorğuya cəlb etmək və qanun pozuntularını sanksiyalaşdırmaqla bu istiqamətdə ölkədə sosial rifahın inkişafı naminə adekkvat addımlar ata bilərlər".
Füzuli