Gündəm

Fəaliyyət Planı təsdiq olunub

1 Noyabr 2017 15:22

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Təhsildə keyfiyyət ili” çərçivəsində həyata keçiriləcək tədbirlərə dair Fəaliyyət Planı təsdiq edilib. “OLAYLAR”-ın xəbərinə görə, Fəaliyyət Planında BŞTİ tərəfindən 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin əmri ilə bağlı maarifləndirmə işlərinin aparılması, ötən tədris ilinin yekunlarının təhlili və nəticələr əsasında əməli fəaliyyətlərin planlaşdırılması, 2017-2018-ci dərs ilində həyata keçirilməsi zəruri olan tədbirlər əksini tapıb. Həmçinin, müvafiq istiqamətlər üzrə ümumi təhsil müəssisələrinin görəcəyi işlər qeyd edilib.  Fəaliyyət Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində “Təhsildə keyfiyyət ili”nin əsas məqsədi və mahiyyəti, bununla bağlı qarşıda duran vəzifələr haqqında pedaqoji kollektivlərə ətraflı məlumat verilir. “Təhsildə keyfiyyət ili” ilə əlaqədar fəaliyyətlərin vaxtında yerinə yetirilməsi istiqamətində tədbirlər həyata keçirilir. Pedaqoji mühazirələrin müəyyən olunmuş qayda üzrə təşkili üçün zəruri işlər görülür.

İnsan alveri və əməyin istismarına qarşı maarifləndirmə tədbirləri həyata keçirilib

1 Noyabr 2017 15:21

Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi (İB) tərəfindən həyata keçirilən “Əhalinin həssas qrupları arasında insan alveri və əməyin istismarına qarşı mübarizə mövzularında seminarların təşkili” layihəsinin icrası başa çatıb.

Nazir vətəndaşlarla görüşəcək

1 Noyabr 2017 15:20

Gənclər və idman naziri Azad Rəhimov noyabrın 3-də Ağdaşda vətəndaşları qəbul edəcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, qəbulda  Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir,Tərtər, Ucar , Zərdab, şəhər və rayon sakinləri iştirak edəcəklər.

İstanbulda partlayış: Yaralılar var

1 Noyabr 2017 15:18

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub. İlkin ehtimala əsasən 3 nəfər xəsarət alıb. Partlayışın səbəbləri dəqiqləşdirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

“Dövlətimizin həyatında çox əlamətdar hadisələr yaşanmaqdadır”

1 Noyabr 2017 15:16

Bu günlərdə Azərbaycan dövlətinin həyatında çox əhəmiyyətli və əlamətdar hadisələr yaşanmaqdadır. Bir müddət əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması, ardınc isə Bakı-Tbilisi- Qars dəmir yolunun açılış mərasimin keçirilməsi Azərbaycan dövlətinin qüdrətinin, regionda və daha geniş coğrafiyada oynadığı əhəmiyyətli rolun ifadəsinə çevrilib.

Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat dəhlizi

1 Noyabr 2017 15:13

Bir neçə gündür demək olar ki,  bütün dünya mediası Azərbaycan, Türkiyə və Gürcüstanın birgə layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsindən yazır. Azərbaycanı sevib-sevməməsindən, sözügedən dəmir yolu xəttini qəbul edib-etməməsindən asılı olmayaraq müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində dərc edilən bu tipli yazıların əsas məğzi ondan ibarətdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərindən sonra əsrin ikinci böyük projesidir. Və bu layihə xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İstər siyasi, istər iqtisadi, istərsə də beynəlxalq əməkdaşlıq baxımından Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan üçün əlverişli layihələrdən sayıla bilər. Ən mühümü odur ki, bununla Azərbaycan bir daha Avropa ilə Asiyanı, Qərblə Şərqi birləşdirən tranzit ölkə rolu oynadığını təsdiqləyir. Təsadüfi deyil ki, əksəriyyət ekspert və politoloqlar da bu qənaətdədir. Birmənalı olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xətti yüksək dəyərləndirilir.

Dünyada və ölkəmizdə gedən inkişaf prosesi bələdiyyə sektorunun inkişafı üçün zəmin yaradır

1 Noyabr 2017 15:11

Bələdiyyə orqanlarının xidmət səviyyəsinin yüksək olması qurumda çalışanların  peşə hazırlıqlarından,  bilik və bacarıqlarının səviyyəsindən, insan resurslarının inkişafı və idarə edilməsindən aslıdır. İnsan resursları deyəndə qurum daxilində çalışanlara yönəlmiş fəaliyyət növü başa düşülür. Buraya müvafiq qurumun daxilində, insan resurslarının planlaması, bunun üçün lazımlı iş analizlərinin və öhdəliklərin müəyyənləşdirilməsi, insan resurslarının seçilməsi üçün iş elanlarının verilməsi, iş üçün müraciət edənlərin qəbul edilməsi, işə qəbul və yaxud vəzifəsinin yüksəldilməsi ilə əlaqədargörüşlərin aparılması, işə uyğunlaşma, təhsil və inkişaf işləri, uğur və iş qabiliyyətinin ölçülməsi, vəzifədə, iş dəyişdirmə, işdən çıxarılma, işi qiymətləndirmə, əmək haqqı, nizam-intizam, sosial-mədəni fəaliyyətlər, tibbi xidmət və başqa oxşar işləri daxildir. 

Modern ailəyə necə sahib olmaq mümkündür?

1 Noyabr 2017 15:07

Bu bir danılmaz faktdır ki, ailə cəmiyyətin ən kiçik həyat  vahididir. Sağlam bir cəmiyyət, ruhi istiqamətdən sağlam fərdlərin yetişdiyi ailələr ilə mümkündür. Bu mənada ailə fərdlərinin məlumatlandırılması və təhsili əhəmiyyət daşımaqdadır.

Azərbaycan əsrin energetika siyasətinə öz töhvəsini verir

1 Noyabr 2017 15:05

Azərbaycan parlamenti “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” sazişi ratifikasiya etdi. Xatırladaq ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında” saziş 1994-cü ilin sentyabrın 20-də imzalanıb. 1995-ci ildən 2017-ci ilə qədər bu saziş çərçivəsində ümumi xərclər 43,5 milyard dollar təşkil edib.

Vəkillərin sayı az, məhkəmə işləri isə çoxdur

1 Noyabr 2017 15:03

Nəhayət ki, nümayəndəlik institu ilə bağlı qanun təsdiqini tapdı. Milli Məclis “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişikliklər layihələrini təsdiq etdi. Bununla Ali Məhkəmənin Milli Məclisə təqdim etdiyi layihəyə əsasən, fiziki şəxslərə yalnız yaxın qohumlarının məhkəmələrində qanuni nümayəndə kimi iştirak etmələrinə icazə verilir. Dəyişiklik layihəsində bir sıra məhkəmə çəkişmələrində nümayəndəlik institutunun daha peşəkar-vəkillik institutu ilə əvəzlənməsi nəzərdə tutulur.

Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi tarixi hadisədir

1 Noyabr 2017 14:59

Azərbaycan yerləşdiyi coğrafiyada təşəbbüsü və iştirakı ilə həyata keçirdiyi qlobal əhəmiyyətli layihələr, yürüdülən düzgün siyasi və iqtisadi siyasət nəticəsində əldə etdiyi nailiyyətlərlə Cənubi Qafqazın lider ölkələrindən birinə çevrilməklə yanaşı, dünyanın qabaqcıl ölkələri sırasında da öz yerini möhkəmlədib.

Azərbaycanda məktəbdə şok - Direktor şagirdi kabinetinə çağırıb ...

1 Noyabr 2017 14:58

Azərbaycandakı məktəblərdən birində xoşagəlməz hadisə baş verib. Məlumata görə, insident Xaçmazın Arzu kəndindəki orta məktəbdə yaşanıb. İddiaya görə, məktəbin direktoru 62 yaşlı Gülfəz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkət edib. Kənd sakinlərindən aldığımız məlumata görə, oktyabrın 31 də direktor G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini kabinetinə çağırıb və onun dodağından öpüb. Bu hadisəni isə həmin an direktordan icazə almaq üçün onun kabinetinə gələn qadın işçilərdən biri görüb. 

Qadın "nə baxırsan sifətimə?" deyib kişini qatarın altına atdı - FOTO

1 Noyabr 2017 14:56

Bu gün metroda qarşılaşdığı kişini qatarın altına atan qadının məhkəməsi keçirilib.  2 uşaq anası olan qadına 5 illik həbs cəzası verilib. Charissa Brown-Wellington (Karisa Braun Vellinqton) adlı 31 yaşlı qadın Mançesterdəki Viktoriya stansiyasında qarşılaşdığı Phillip Carteri (Filip Karter) qatarın altına atıb, ölümünə səbəb olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib. 

Tacir Fədayə ilə bağlı həqiqəti etiraf etdi: Azadlığa çıxandan sonra yenidən bir yerdə oldular

1 Noyabr 2017 14:51

"Space" telekanalında yayımlanan verilişlərdən birində Tacir Şahmaloğlu Fədayə Laçınla bağlı danışıb. Verilişin aparıcısı Tahirə Məmmədqızının "Duet ortağı olaraq yollarınız ayrılandan sonra heç maraqlanmısanmı Fədayə hara gedir, kimlə otirib-durur?" sualına Tacirin cavabını təqdim edirik: "Mən xəbər tutdum ki, onun öz yoldaşı həbsxanada çıxıb. Azadlığa çıxandan sonra onlar yenidən bir yerdə oldular. Mən də ona görə artıq qarışmadım. Dedim bəlkə başqa cür başa düşər, ailədə söz-söhbət olar. Niyə mən onun ailəsində problem yaratmalıyam. Düz çıxmırdı". 

Şərqlə Qərbi birləşdirən titanik layihə

1 Noyabr 2017 14:50

Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın beynəlxalq mövqeləri ildən ilə genişlənir. Avropa eləcə də Asiya ölkələrinin Azərbaycanla əlaqələri bütövlükdə bu cografi arealda sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlib. Azərbaycanın Cənubi Qafqaz regionunda aparıcı rola malik olması ölkəmizlə bütün sahələrdə əməkdaşlığa olan marağı artırır. Ölkəmiz hazırda  mühüm tranzit daşımalarında əsas tərəfdaşlarından biri kimi qəbul edilir.