Gündəm
Oksana depressiyadadır? - " Onsuz da, dəyişə bilməyəcəksən"
Bir neçə gün əvvəl rəqqasə Oksana Rəsulova keçmiş əri, reper Elşad Xoseni polisə şikayət etmişdi. Sənətçi Elşadı onu döyməkdə və bıçaqla hədələməkdə günahlandırıb. Bir gün saxlanıldıqdan sonra Xose sərbəst buraxılıb.
Fədayənin yeni sevgilisi tapıldı: O, mənsiz öləcək… – FOTO
Fədayənin başına gələnləri eşitdim, çox üzüldüm. Görəsən, bilirmi ki, üzgünəm? Fədayə, həqiqətən, məni çox sevir. Bu sözləri güneyli şair Məhəmməd Çalğın müğənni Fədayə Laçının son günlər yaşadığı olaylar və onunla münasibəti haqda danışarkən deyib. O, Fədayə Laçınla yaxın münasibətdə olduğunu iddia edib: “Kitablarımın təqdimatına gələndə mənə söz vermişdi ki, növbəti gəlişimdə məni gəzdirəcək. Fədayə ölürdü məndən ötrü. Qocadan uzaqlaşacağına and içmişdi. Kimə iltimasa gedim, onu mənə xatir buraxsınlar? Biz təzə tanış olmuşuq axı. O, mənsiz öləcək məhbəsdə, bilirəm”.
Sağlamlıq imkanları məhdud gənclər Türkiyəyə təlim səfərinə yola salınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən daha 4 nəfər gənc Mərkəzin təlimçilərindən ibarət 4 nəfər müşahidəçi ilə birgə Türkiyə Respublikasına təlim səfərinə yola salınıb.
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlandı
Silahlı Qüvvələrə Yardım Fonduna noyabrın 1-dək 86.097.065,62 AZN, 212.873,88 ABŞ dolları, 8936,0 avro və 5000,0 rubl vəsait daxil olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İki qadın WhatsApp-da söyüşdülər, 10 şallaq cəza aldılar
Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar. Hadisə oktyabrın 31-də gecə saatlarında olub. Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb.
Fədayə Laçının bacısı sükutu pozdu: "Hər şeyi danışacam, amma..."
Həbs ediləm müğənni Fədayə Laçınla bağlı qalmaqal səngimir. Baş verənlərlə bağlı onun bacısı İlahə Fədai bildirib ki, hazırda istintaq getdiyi üçün danışmaq istəmir: "İstintaq aparıldığı üçün heç bir məlumat verə bilmərəm.
Şimali Koreya Avropa paytaxtlarını külə çevirəcək - TƏHLÜKƏ
“Şimali Koreya Avropa ölkələrini belə hədəfə alacaq qitələrarası ballistik raketlərə sahibdir”. Yaponiya baş naziri Sintzo Abe bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqlə Tokioda görüş zamanı bunu deyib.
Hansı yaşdan sonra dünyaya uşaq gətirmək təhlükəlidir? - ALİM RƏYİ
Amerika alimləri müəyyən edib ki, yaşı çox olan kişilərin spermasından alınmış rüşeymlər, gənc partnyorların qəfəslərindən çıxmış embrionlardan daha ləng inkişaf edir.
ABŞ-dan Rusiya və Çinə qarşı NƏHƏNG TƏXRİBAT
ABŞ Rusiya və Çinin məhv edilməsi üçün nəhəng təxribat hazırlayır. Bu haqda “AgoraVox” telekanalın jurnalisti Tom Aldren yazıb. “ABŞ öz hegemonluğunu saxlamaq üçün qorxunc müharibədə əvvəlcə Rusiyanı, daha sonra Çini məhv etmək istəyir”, - o yazıb. Aldren əmindir ki, müdafiə olunan qurban kimi görünmək ehtiyacı Vaşinqtonun müharibəni başlamasına mane olur.
Azərbaycanda partiya sədri həbs edilib
Azərbaycan Vahid Kommunist Partiyasının sədri Musa Tükənov həbs edilib. M.Tükənova Cinayət Məcəlləsinin 311-ci (Rüşvət alma (passiv rüşvətxorluq)) maddəsi ilə ittiham irəli sürülüb.
Sakit okeanda qədim şəhər aşkarlandı - FOTO/VİDEO
Alimlər Sakit okeanın ortasında qədim şəhəri aşkar ediblər. Mikroneziyanın sahilində yerləşən qeyri-adi və sirli yer haqqında “Independent” məlumat yayıb. Nan-Madol adı verilən şəhər Ponpei adasındadır. Şəhər su kanalları ilə bölünən həndəsi düzgün kvadratlardan ibarətdir. Mütəxəssislərin fikrincə, şəhər bizim eramızın birinci və ya ikinci yüzilliyində salınıb.
“Qəbələ” Cavid Hüseynova görə cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Məlumata görə, iclasda Premyer Liqanın X turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub. Oktyabrın 27-də Premyer Liqanın X turunun “Qarabağ” - “Səbail” matçının 43-cü dəqiqəsində “Qarabağ” klubunun 25 №-li futbolçusu Ansi Aqolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Qoyun oğruları saxlanıb
Oktyabrın 29-da Salyan rayon sakini Vasif Adıgözəlov rayon Polis Şöbəsinə müraciət edərək həyətyanı təsərrüfatından 9 baş qoyunun oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları heyvanların “VAZ-2109” markalı avtomobillə oğurlandığı barədə məlumat əldə ediblər.
Milli Məclisin növbəti iclasının vaxtı bəlli oldu
Milli Məclisin payız sessiyasının növbəti plenar iclasının vaxtı bəlli olub. Məlumata görə, parlamentin növbəti plenar iclası noyabrın 21-də keçiriləcək. Noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında “2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsi”nin layihələri müzakirəsinə başlanacaq. Müzakirələr iki gün davam edəcək.
Nazirdən nikbin proqnoz: “1 milyard dolları keçəcək”
"Bu ilin 9 ay ərzində xaricə ixracdan 396 milyon dollar gəlir əldə edilib. İlin sonuna qədər 550 milyon dollar gəlirin əldə ediməsi gözlənilir". “Olaylar” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov "Kənd təsərrüfatı işçilərini peşə günü"nə həsr olunmuş tədbirdə bildirib. O bildirib ki, bir neçə il ərzində bu rəqəm 1 milyardı keçəcək: "Bu, ölkənin makroiqtisadi sabitliyidir.














