İki qadın WhatsApp-da söyüşdülər, 10 şallaq cəza aldılar

Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar. Hadisə oktyabrın 31-də gecə saatlarında olub. Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb.

Səudiyyə Ərəbistanında sosial şəbəkələrdə bağlı cəza alanların sayı artır. Dünən iki qadının hər biri məhkəmənin qərarı ilə şallaq cəzasına məhkum ediliblər.  Ölkə paytaxtı Ər-Riyadda yaşayan iki qadın WhatsApp-da yazışarkən bir-birlərini təhqir ediblər, söyüblər.

Qadınlardan biri məhkəməyə şikayətlənib. Məhkəmə isə söyəni və söyüləni cəzalandırıb. Qadınların hər birinə 10 şallaq vurulacaq. Son 6 ayda Səudiyyə Ərəbistanında 220 nəfər sosial şəbəkələrdəki fəaliyyətləri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunub. Milli.az Okaz-a istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31