Gündəm
Nazir: “1700 adam məhkəmələrə verilib"
“Bu gün əhalinin 37 faizi kənd təsərrüfatında çalışır”. “Olaylar” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib. H.Əsədov deyib ki, dünyada və eləcə də Azərbaycanda neft qiymətlərilə bağlı məsələlər aqrar sektora ehtiyacı daha da artırdı: "Bütün bunlar isə kompleks yanaşma tələb edirdi.
Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq
Xalq artisti, məşhur diktor Rafiq Hüseynov sabah II Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova məlumat verib. Onun sözlərinə görə, R. Hüseynovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 19:00-da Almaniyadan yola salınacaq.
Bir gündə 3 həkim intihar etdi - Yorğunluqdan
Türkiyədə bir gündə 3 intihar hadisəsi baş verib. İntihar edənlərin 3-ü də həkimlik ixtisası üzrə təhsil alıb. Onlardan ikisi həkim, biri isə tibb universitetinin tələbəsidir. Ötən gün baş verən bu olay sosial şəbəkədə Türkiyənin ən çox müzakirə edilən məsələsi olub. İstifadəçilər öz rəylərində çox işləməyin intihara sürüklədiyini qeyd ediblər.
9 ölkəyə vəba yayıla bilər - VİDEO
Madaqaskarda vəba epidemiyası tüğyan edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, bu ada ölkədə artıq 1300 nəfər vəbaya yoluxub, 94 nəfər xəstəlikdən ölüb. ÜST Madaqaskara 5 min nəfərin müalicəsi üçün antibiotiklər, 150 min dəst fərdi müdafiə vasitəsi yollayıb.
Tunisdə polisə hücum - İki yaralı
Tunisin paytaxtı Tunis şəhərində bıçaqla silahlanmış şəxs polislərə hücum edib. Məlumata görə, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Hücum edən şəxs bir polis məmurunu boynundan, digərini alnından yaralayıb. Qısa müddət sonra o, saxlanılıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib.
“Excelsior Hotel” birinci oldu
“Excelsior Hotel & Spa Baku” oteli oktyabr ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci olub. “OLAYLAR” -ın xəbərinə görə, “Media Consulting & Services” şirkətinin apardığı araşdırmaya görə otelin fəaliyyəti ilə bağlı mətbuatda 141 məlumat işıqlanıb.
Paytaxtın iki rayonuna su fasilələrlə veriləcək
Bakı şəhəri Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “OLAYLAR”-ın “Azərsu” ASC-yə istinadən verdiyi xəbərə görə, buna səbəb magistral xətlərdə təmir-bərpa işlərinin aparılmasıdır. İçməli suyun verilməsində fasilə noyabrın 1-də gün ərzində baş verəcək.
Xidmət rəisi vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov noyabrın 16-da Xidmətin Cəlilabad rayon şöbəsində vətəndaşları qəbul edəcək.
Avtomobildə mobil telefon keçirmək istədi
Gürcüstandan gələn avtomobildə gizlədilmiş mobil telefon və aksesuarlar gömrükdə aşkar edilib. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin salonunda sükanın alt hissəsində 10 ədəd “Samsung Galaxy J3 2016” markalı mobil telefon və aksesuarları aşkar edilib.
Azərbaycan İspaniyanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
“Azərbaycan İspan Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”. “Olaylar” xəbər verir ki, bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İspaniya Krallığındakı vəziyyəti şərh edərkən deyib. H. Hacıyev bildirib ki, Azərbaycan vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır: “Xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd olaraq, ölkənin Konstitusiyası və qanunlarının pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir. Azərbaycan 30 ilə yaxındır, bundan əziyyət çəkir. 80-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində başladığı separatizm həmin dövr SSRİ konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi.
Murat Bozun şikayət ərizəsinə baxılmadı
Türk müğənni Murat Bozun Gümüşlükdəki villasında tətili zamanı səsinin lentə alınması ilə bağlı məhkəməyə yazdığı şikayət ərizəsinə baxılmayıb.Məhkəmə iddianın araşdırılmasının dayandırılmasına qərar verib. Məhkəmədən verilən cavabda "Məşhurlar müəyyən ölçüdə haqlarında yayılan dedi-qodulara dözmək məcburiyyətindədirlər" deyilib.
Xoşbəxt Yusifzadə: “Yeni “Əsrin müqaviləsi” imzalanmadan öncə üç variantımız var idi”
“1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” müstəqil Azərbaycanın Qərb şirkətləri ilə imzaladığı ilk neft sazişidir. Bu sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var”. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən Neft-Qaz Cəmiyyətinin İllik Xəzər Texniki konfrans və sərgisinin iştirakçılarına ünvanladığı məktubda deyilir. Məktubu X. Yusifzadənin müşaviri Ələkbər Abbasov oxuyub.
Ekspertiza: Qusarda azyaşlı qızını zəhərləyən qadın anlaqlı vəziyyətdə olub
Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızına zəhər verib öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Pakistan Senatı: “Ermənistanın islam abidələrini dağıtması qəbuledilməzdir”
Ermənistanın işğal olunmuş qədim Azərbaycan torpaqlarında islam aləminə aid dini-mədəni abidələri dağıtması və ya təhqirə məruz qoyması qəbuledilməzdir. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, bu, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin bu ölkənin Senatının sədr müavini Mövlana Abdul Qafur Heydəri ilə görüşündə bildirilib.
Ermənistanda həbsxanada qiyam qalxdı
Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar qiyam qaldırıb. Məhbuslar bir neçə saat ərzində çarpayı əşyalarını, kameraların qapaqlarını, qida pəncərələrini qırıb, yandırıblar.














