Gündəm
Türkiyəyə məxsus yük gəmisi batdı - 4 nəfər ölüb
Türkiyənin Mərsin vilayətindən Zonquldağa 3 min tona yaxın yük daşıyan gəmi Mərmərə dənizinin Bosfor boğazı yaxınlarında yoxa çıxıb. Uzunluğu 78 metrə yaxın olan “MV Bilal Bal” adlı gəminin ekipajında 12 nəfərin olduğu bildirilib. Batdığı ehtimal edilən gəminin axtarışlarına başlanılıb.
16 yaşda ana olan qadın 5 yaşlı qızını öldürdü – MƏHKƏMƏ PROSESİ
Qusar rayonunda 5 yaşlı qızını öldürməkdə ittiham olunan Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə şahid Zeybulla Ələsgərov ifadə verib. Zeybulla Ələsgərov qoyun otardığını və Gülnarə Saypullayevanı da orada gördüyünü deyib.
Erməni nazir polisləri geri çağırdı - Hakimiyyət üçün mübarizə BAŞLAYIR
Ukraynada hakimiyyət və güc strukturlarının mübarizəsi isti mərhələyə keçib. Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov oğlunun həbs olunmasına dərhal cavab verib. KİV-in yazdığına görə, Avakov Ali Radanı müdafiə edən polisləri geri çağırıb və radikallara tam hərəkət azadlığı verib. Deputatlar isə Arsen Avakovun Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər. Hazırda Milli korrupsiyaya qarşı Büro Kiyevdə ən təhlükəsiz binadır. Orada onlarla Milli Qvardiya döyüşçüsü keşik çəkir. Büroda hazırda Avakovun oğlu saxlanılır.
Terror aktından sonra Trampdan İLK AÇIQLAMA: "Şərqdə məğlub etdik, indi də...”
ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərində baş verən terror hadisəsindən sonra açıqlama verib. Prezident İŞİD-in ölkəsinə daxil olmağına icazə verməyəcəyini bildirib: “Orta Şərqdə məğlub etdikdən sonra İŞİD-in ölkəmizə geri qayıtmasına icazə verməməliyik.
Moskvadan Ankaraya şok ZƏRBƏ - Cavab GECİKMƏDİ
Rusiya Suriyanın yeni konstitusiyasının hazırlanması prosesinə PYD-ni də daxil etmək istəyir. Noyabr ayında Rusiyanın Soçi şəhərində keçiriləcək danışıqlara PYD də qatılacaq. Rusiyanın PYD səlahiyyətliləri ilə son 10 gün ərzində 3 dəfə görüşdüyü bildirilir. Xarici agentliklərə danışan PYD-li səlahiyyətli də Soçi görüşünə dəvət aldıqlarını təsdiqləyib.
Taksi sürücüsü DANIŞDI: "Qoca"nı maşının baqajında gizlədib
Məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən taksi sürücüsü Məhəmməd Hacıyev məhkəmədə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, məhkum Etibar Məmmədovu bir neçə istiqamətdə Azərbaycan sərhədindən keçirməyə cəhd etdiyini deyib.
Musa Qasımlı: “Bakı-Tbilisi-Qars kimi layihələrin reallaşması ölkəmizi daha da gücləndirəcək”
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti layihəsi uzun dövr gündəmdə olsa da, onun reallaşması yalnız Azərbaycan tərəfinin dəstəyi sayəsində mümkün olub. 2005-ci il mayın 25-də Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri BTQ dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. Nəhayət, 2007-ci il fevralın 7-də Azərbaycan Prezidentinin Gürcüstana işgüzar səfəri zamanı BTQ-nin tikintisinin başlanması ilə bağlı saziş imzalanıb. Həmin il fevralın 21-də dövlətimizin başçısı layihə ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Fədayə Laçının “Qoca” üçün daha bir mahnısı… YENİ VİDEO
Son günlər gündəmdən düşməyən müğənni Fədayə Laçının daha bir görüntüsü yayılıb. Sənətçi sevgilisi üçün türk mahnısı ifa edir.
Politoloq: “BTQ Azərbaycan diplomatiyasının uğurudur”
"Bakı-Tbilisi-Qars dəmir yolu tarixi mərhələdir. Bu layihə Asiya ilə Avropanı birləşdirən qısa bir yoldur”. Bu fikirləri politoloq Fikrət Sadıqov bildirib. O qeyd edib ki, BTQ-nin həm strateji, həm iqtisadi, həm də siyasi əhəmiyyəti olduqca yüksəkdir: “Layihə tək üç ölkəni deyil, Avropada, Asiyada və Xəzəryanı ərazilərdə yerləşən bir sıra dövlətləri birləşdirən yoldur.
“Sərnişinlər Bakıdan İstanbula və əksinə qatarla gedə biləcəklər”
“Bakı-Tbilisi- Qars (BTQ) dəmiryol xəttinin işə salınması tək Azərbaycan üçün deyil, region üçün əlamətdar gün idi”. Bu fikri politoloq Zaur Məmmədov deyib.
Uşaq hüquqları mövzusu müzakirə olunur
Paytaxt məktəblərində “Uşaq hüquqları aylığı” ilə əlaqədar silsilə tədbirlər keçirilir. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrində ölkə üzrə elan edilən aylıq çərçivəsində uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, “Dəyirmi masa”, treninq-seminar, müsabiqə və sərgilər təşkil olunur. 20 oktyabr-20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı”nın təşkilində əsas məqsəd BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü və 20 noyabr- Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasından ibarətdir.
Mübariz Qurbanlı Müsəlman Dünyası Liqasının Baş katibi ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində oktyabrın 31-də Müsəlman Dünyası Liqasının Baş katibi Məhəmməd bin Əbdülkərim əl-İsa ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə Prezident İlham Əliyev tərəfindən elan edilmiş “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlər, eləcə də ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
SABAH xaricdə təhsil sərgisi keçiriləcək
Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə “SABAH” xaricdə təhsil sərgisi keçiriləcək. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edəcək. Sərgi iştirakçıları bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəşt imkanları haqqında məlumat və məsləhət almaq imkanı əldə edəcəklər.
Bakıda öldürdülər, meyiti gizlətmək məqsədilə rayona aparanda qəza törətdilər - Şok təfərrüat
Taksi sürücüsünü qətlə yetirməkdə ittiham olunan Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Pərviz Qasımov və Zaqatala rayon sakini, 1994-cü il təvəllüdlü Mark Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Azərbaycan “Doing Business 2018” hesabatında 57-ci yerə yüksəlib
Dünyada biznes mühitinin qiymətləndirilməsi sahəsində ənənəvi olaraq dərc olunan hesabatlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar daim diqqət mərkəzində saxlanılır. Belə hesabatlardan biri də Dünya Bankı tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən “Doing Business” hesabatıdır.











.jpg)


