Terror aktından sonra Trampdan İLK AÇIQLAMA: "Şərqdə məğlub etdik, indi də...”
ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərində baş verən terror hadisəsindən sonra açıqlama verib. Prezident İŞİD-in ölkəsinə daxil olmağına icazə verməyəcəyini bildirib: “Orta Şərqdə məğlub etdikdən sonra İŞİD-in ölkəmizə geri qayıtmasına icazə verməməliyik.
1 Noyabr 2017 12:53 DünyaABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərində baş verən terror hadisəsindən sonra açıqlama verib. Prezident İŞİD-in ölkəsinə daxil olmağına icazə verməyəcəyini bildirib: "Orta Şərqdə məğlub etdikdən sonra İŞİD-in ölkəmizə geri qayıtmasına icazə verməməliyik. Yetər! Daxili İşlər Nazirliyinə, onsuz da, möhkəm olan "İrəli səviyyəli təhlükəsizlik nəzarəti proqramı"nı daha da təkmilləşdirilməsi təlimatını verdim. Hökumətim Nyu-York polisinə və onunla birlikdə işləyən Federal İstintaq Bürosuna tam dəstəyi təmin edəcək".
Prezident, həmçinin, terror hücumunu qınayıb və hadisədə həlak olanların yaxınlarına başsağlığı verib. O, hadisə yerində ilk yardım edənlərə minnətdarlıq bildirib. Publika.az