Gündəm

ABŞ rusların DNT örnəklərini niyə toplayır? - İDDİA

1 Noyabr 2017 11:56

"ABŞ rusların DNT örnəklərini toplayır. Ölkənin bir sıra qeyri-hökümət təşkilatları bu məsələni xüsusilə araşdırır." Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O qeyd edib ki, müxtəlif etnik mənşəli rusların DNT nümunələri agentliklər tərəfindən xaricə göndərilərək araşdırılır.

Monteneqronun xarici işlər naziri Azərbaycanda səfərdədir

1 Noyabr 2017 11:57

Monteneqronun xarici işlər naziri Srdjan Darmanovic Azərbaycana rəsmi səfərə gəlib. XİN-in mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iki günlük səfər çərçivəsində Srdjan Darmanovicin Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Xarici İşlər Nazirliyində keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Yeni aşkar edilən NƏHƏNG PLANET alimləri təəccübləndirdi - SENSASİYA

1 Noyabr 2017 11:54

Mövcudluğu daha əvvəl son dərəcə ağlasığmaz hesab edilən nəhəng planet Uorvik universitetindən olan mütəxəssislərin rəhbərliyi altında beynəlxalq astronomlar qrupu tərəfindən aşkar edilib. NGTS-1b adlı qaz nəhəngi təxminən Yupiter ölçüsündədir və Yer kürəsindən 600 işıq ili məsafədə Göyərçin bürcündə yerləşir. Onun kütləsi Yupiterdən 20% daha azdır və səthində temperatur 530°C-dir. Bildirilir ki, bu planetdə 1 il cəmi 2.6 gün davam edir və günəşə qədərki məsafəsi Yer kürəsinin Günəşə olan məsafəsinin cəmi 3%-ni təşkil edir.

İraq hökumətindən ŞOK ADDIM – Peşmərgəyə maaş veriləcək

1 Noyabr 2017 11:53

İraqın baş naziri Heydər əl-İbadi peşmərgə və İraq Kürd Muxtariyyətindəki bütün məmurların maaşlarını ödəyəcəyini açıqlayıb. Baş nazir bu barədə Bağdadın hökumət sarayında təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, həmçinin, Bağdad hökumətinə aid qüvvələrin bütün mübahisəli ərazilərdə nəzarəti ələ keçirdiyini bildirib.

Məşhur aktyora daha bir ittiham

1 Noyabr 2017 11:50

Tanınmış amerikalı aktyor, "Oskar" mükafatı laueratı, Hollivud ulduzu Kevin Speysiyə seksual təcavüz və eksqibisiozmlə bağlı yeni ittihamlar irəli sürülüb.

Penitensiar Xidmətin polkovnikinə qarşı daha bir maddə ilə ittiham irəli sürüldü

1 Noyabr 2017 11:45

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin konvoy taborunun keçmiş komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayevin Cinayət Məcəlləsinin daha bir maddəsi ilə ittiham edildiyi məlum olub.

ABŞ-a gedən qaçqınların qəbulu proqramı daha da sərtləşdirilir

1 Noyabr 2017 11:39

ABŞ prezidenti Donald Tramp özünün tvitter hesabından Daxili Təhlükəsizlik Nazirliyinə təlimat verib. Prezident qaçqınların ABŞ-a qəbulu proqramını daha da çətinləşdirib.

“Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr”adlı layihə yekunlaşıb

1 Noyabr 2017 11:37

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycançılıq məfkurəsi: gənclərin qarşısında duran vəzifələr” layihəsinin icrası uğurla başa çatdırılıb.

Sarkisyan Rusiyadan aldığı 100 milyonluq silahdan danışdı

1 Noyabr 2017 11:36

Moskva yaxın vaxtlarda İrəvanla qüvvədə olan müqavilə çərçivəsində silah partiyasını Ermənistana çatdıracaq. Bu haqda Ermənistan prezidenti Serj Sarkisyan “RİA-Novosti” agentliyinə bildirib. Onun sözlərinə görə, 100 milyon dollarlıq yeni kredit razılaşmasının reallaşdırılması bütün dövlətlərarası uyğunlaşdırmaların tamamlanmasından sonra başlanacaq. “Bu ilin sonuna kimi əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə yeni çatdırmaları gözləyirik”, - Sarkisyan deyib.

Türkiyədə siqaret satışına qadağalar artır

1 Noyabr 2017 11:26

Türkiyə tütün məmulatlarının satışına qadağaları artırır. Bunu Baş nazirin müavini Rəcəb Akdağ deyib. O bildirib ki, hazırda Türkiyədə tütün məmulatlarının ticarətinə qadağanı genişləndirməyi nəzərdə tutan qanun layihəsi hazırlanır.

Qodin: “Mənfi aura yaranıb”

1 Noyabr 2017 11:24

Belə çətin dönəmdə bütün komanda bir yumruq kimi birləşməlidi. Azarkeşlərimizdən isə istəyimiz odu ki, bizi dəstəkləməyə davam etsinlər. Bunu "Atletiko"nun müdafiəçisi Dieqo Qodin deyib. Çempionlar Liqasının IV turunda "Qarabağ"ı qəbul edən Madrid təmsilçisi Bakıda olduğu kimi, yenə meydanı 1 xalla tərk edib.

İnternetdə tanış olduğu 8 qadını doğradı, parçalarını soyuducuda saxladı - VİDEO

1 Noyabr 2017 11:23

27 yaşlı kişi sosial şəbəkədə tanış olduğu 9 nəfəri doğrayaraq öldürüb. Dəhşətli cinayət Yaponiyanın paytaxtı Tokioda baş verib. 27 yaşlı Takahiro Şiraişi adlı şəxs Twitter-də əlaqə yaratdığı 9 nəfəri doğrayıb. O, parçalanmış cəsədləri soyuducularda saxladığını etiraf edib. Onun 9 qurbanından 8-i qadın olub.

“Atletiko”nun kapitanı: ""Qarabağ" "Çelsi"dən xal alacaq"

1 Noyabr 2017 11:21

Bu gün Avropa Liqası heç nədi. Amma mənə çox şey verib. Əgər bunun üçün mübarizə aparsaq, həmişə olduğu kimi, qələbə qazanarıq.

Nyu-Yorkda terrorunun qurbanlarının əksəriyyəti xarici ölkə vətəndaşlarıdır

1 Noyabr 2017 11:18

Nyu-Yorkda törədilmiş terror aktı nəticəsində həlak olan 8 nəfərdən 6-ı əcnəbi - Argentina və Belçika vətəndaşları olub.  Terror hücumu zamanı bu ölkənin 5 vətəndaşı həlak olub, daha 11 vətəndaşı isə yaralanıb.

Zökəmi birdəfəlik müalicə edən üsullar - FOTOLAR

1 Noyabr 2017 11:11

Soyuq havalarda nə qədər özümüzü qorusaq da, mütləq şəkildə soyuqdəymə və qripə yaxalanırıq. Qripdən müdafiə olunmağın ənənəvi üsulları isə soğan-sarımsaq, isti əriştə və zoğallı çaydır. Bunlar da kömək etməyəndə apteklərdə satılan dərmanlar ən son çıxış yolu kimi görünür.