Yeni aşkar edilən NƏHƏNG PLANET alimləri təəccübləndirdi - SENSASİYA

Mövcudluğu daha əvvəl son dərəcə ağlasığmaz hesab edilən nəhəng planet Uorvik universitetindən olan mütəxəssislərin rəhbərliyi altında beynəlxalq astronomlar qrupu tərəfindən aşkar edilib. NGTS-1b adlı qaz nəhəngi təxminən Yupiter ölçüsündədir və Yer kürəsindən 600 işıq ili məsafədə Göyərçin bürcündə yerləşir. Onun kütləsi Yupiterdən 20% daha azdır və səthində temperatur 530°C-dir. Bildirilir ki, bu planetdə 1 il cəmi 2.6 gün davam edir və günəşə qədərki məsafəsi Yer kürəsinin Günəşə olan məsafəsinin cəmi 3%-ni təşkil edir.

Alimlərin hesablamalarına görə, bu planet Günəşdən yalnız iki dəfə balacadır və onun ətrafında fırlanır. Qaz nəhənginin bu göstəriciləri onu kainatda ən böyük məlum planet edir. "NGTS-1b planetinin aşkar edilməsi bizim üçün tam bir sürpriz oldu - Sensasion hadisə onu da şübhə altına qoyur ki, biz planetlərin formalaşması haqqında çox az bilirik", - tədqiqatın aparıcı müəllifi doktor Daniel Bayliss qeyd edib. Publika.az bildirir ki, bu haqda "EurekAlert" məlumat yayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31