Qodin: “Mənfi aura yaranıb”
Belə çətin dönəmdə bütün komanda bir yumruq kimi birləşməlidi. Azarkeşlərimizdən isə istəyimiz odu ki, bizi dəstəkləməyə davam etsinlər. Bunu "Atletiko"nun müdafiəçisi Dieqo Qodin deyib. Çempionlar Liqasının IV turunda "Qarabağ"ı qəbul edən Madrid təmsilçisi Bakıda olduğu kimi, yenə meydanı 1 xalla tərk edib.
1 Noyabr 2017 11:24 İdmanBelə çətin dönəmdə bütün komanda bir yumruq kimi birləşməlidi. Azarkeşlərimizdən isə istəyimiz odu ki, bizi dəstəkləməyə davam etsinlər. Bunu "Atletiko"nun müdafiəçisi Dieqo Qodin deyib. Çempionlar Liqasının IV turunda "Qarabağ"ı qəbul edən Madrid təmsilçisi Bakıda olduğu kimi, yenə meydanı 1 xalla tərk edib.
Qarşılaşmadan sonra yerli mətbuata danışan Qodin komandasındakı durumun ürəkaçan olmadığını etiraf edib: "Komandada mənfi aura yaranıb. Belə vəziyyətlərdə hamımız daha çox çalışmaq və bir-birimizi dəstəkləmək məcburiyyətindəyik. Problem bizim oyunumuzdadı. Bu nəticəyə görə, özümüzü tənqid etməliyik, ətrafda günahkar axtarmağa ehtiyac yoxdu. Qələbə qazanmaq düşüncəsi ilə meydana çıxmaq və risk etmək lazımdı. Hazırda Çempionlar Liqasında növbəti mərhələdən uzaq görünürük. Komandada özünəinam istənilən səviyyədə deyil".
Qeyd edək ki, 4 turdan sonra "Atletiko"nun 3, "Qarabağ"ın isə 2 xalı var. Apasport.az