Moskvadan Ankaraya şok ZƏRBƏ - Cavab GECİKMƏDİ
Rusiya Suriyanın yeni konstitusiyasının hazırlanması prosesinə PYD-ni də daxil etmək istəyir. Noyabr ayında Rusiyanın Soçi şəhərində keçiriləcək danışıqlara PYD də qatılacaq. Rusiyanın PYD səlahiyyətliləri ilə son 10 gün ərzində 3 dəfə görüşdüyü bildirilir. Xarici agentliklərə danışan PYD-li səlahiyyətli də Soçi görüşünə dəvət aldıqlarını təsdiqləyib.
1 Noyabr 2017 12:42 DünyaRusiya Suriyanın yeni konstitusiyasının hazırlanması prosesinə PYD-ni də daxil etmək istəyir. Noyabr ayında Rusiyanın Soçi şəhərində keçiriləcək danışıqlara PYD də qatılacaq. Rusiyanın PYD səlahiyyətliləri ilə son 10 gün ərzində 3 dəfə görüşdüyü bildirilir. Xarici agentliklərə danışan PYD-li səlahiyyətli də Soçi görüşünə dəvət aldıqlarını təsdiqləyib.
PYD-nin Suriya müzakirələrinə dəvət edilməsinə Ankaranın reaksiyası gecikməyib. Türkiyə Prezident Sarayının sözçüsü İbrahim Kalin Ankaranın məsələyə sərt reaksiya verdiyini deyib. "PYD-nin tərkibində olmayan kürdlərin toplantıya dəvət edilməsində heç bir problem görmürük. Lakin PYD terror təşkilatıdır. PYD-yə Astana platformasında yer verİilməsini qəbul etmirik. Müdaxiləmizlə problem böyük ölçüdə həll edilib. Belə təşəbbüsləri qəbul etmək mümkün deyil", - Kalın mətbuat konfransında deyib.
Ankara PYD-ni PKK terror təşkilatının Suriya qanadı hesab edir. ABŞ-ın PYD-yə verdiyi dəstək Ankara və Vaşinqton arasında hazırkı böhranın əsas səbəblərindən biri kimi göstərilir. Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir.